...

Azərbaycanın yeni mobil operatoru kommersiya fəaliyyətinin başlanmasını elan edib

Telekommunikasiya Materials 20 Mart 2007 15:29 (UTC +04:00)
Azərbaycanın yeni mobil operatoru kommersiya fəaliyyətinin başlanmasını elan edib

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın yeni GSM mobil operatoru, Nar Mobile ticarət markası altında xidmətlərini təklif edən Azerfon BM kommersiya fəaliyyətinin başlanmasını elan edib.

"Azərbaycanın hər guşəsində geniş diler şəbəkəsi yaradılıb. 2007-ci ilin sonuna qədər əhatə dairəsinin ölkənin 80 faizinə qədər artırılması nəzərdə tutulur", deyə Azerfonun baş direktoru Con Armli məlumat verib.

Yeni nömrənin açılması üçün birdəfəlik ödəmə 3 manat təşkil edəcək. Azerfon aşağıdakı nominallar üzrə danışıq kartları təklif edir: 2 manat, 5 manat, 10 manat, 20 manat və 50 manat.

Nar Mobile üç tarif planı tətbiq edir:

Birinci - Nar Mobile abunçiləri arasında çıxan zənglər üçün bir dəqiqə danışıq qiyməti günorta 0,15 manat, gecə saatları, weekend və bayram günlərində isə 0,075 manat təşkil edəcək. Digər mobil rabitə operatorlarının çıxan zəngləri üçün bir dəqiqə danışıq qiyməti günorta vaxtı 0,30 manat, gecə saatları, weekend və bayram günlərində isə 0,15 manat təşkil edəcək.

İkincisi - Nar Mobile abunəçiləri arasında çıxan zənglər üçün bir dəqiqə danışıq qiyməti günorta vaxtı 0,22 manat, gecə saatları, weekend və bayram günlərində isə 0,11 manat təşkil edəcək. Digər mobil operatoralırının zənglərinə olan qiymət ikinci paketdə analojidir.

Üçüncüsü - Nar Mobile abunəçiləri arasında çıxan zənglər üçün bir dəqiqə danışıq qiyməti günorta vaxtı 0,08 manat, gecə saatları, weekend və bayram günlərində isə 0,04 manat təşkil edəcək. Digər mobil rabitə operatorlarının çıxan zəngləri üçün bir dəqiqə danışıq qiyməti günorta vaxtı 0,24 manat, gecə saatları, weekend və bayram günlərində isə 0,12 manat təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti