...

Azercell Xorvatiya, Bosniya və Hersoqovina ilə ilk rouminq sazişi imzalayıb

Telekommunikasiya Materials 24 Aprel 2007 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM müştərilərinin istifadəsinə Bosniya və Hersoqovinanın "Public Enterprise Croatian Telecom", Koreyanın "SK Telecom", Xorvatiyanın "Tele 2" (GSM1800) və Slovakiyanın "Telefonica O2"(GSM900/1800) operatorları ilə rouminq xidməti istifadəyə verib. Bu, Slovakiya ilə sayca üçüncü, Koreya ilə ikinci, Bosniya və Hersoqovina və Xorvatiya ilə birinci rouminq müqaviləsidir.

"Azercell" abonentləri hazırda Slovakiyanın "Globtel" və "Eurotel Bratislava", Koreyanın "KTF" operatorlarının xidmətindən yararlanırlar. İndiyə kimi "Azercell Telekom" BM 137 ölkənin mobil rabitə operatorları ilə 325 rouminq sazişi bağlayıb.

Şirkətin təqribən 2,5 mln. nəfər abonenti var. 1997-ci ildə - fəaliyyətinin ilk dövrlərində isə bu say cəmisi 10 min idi. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 77, respublika əhalisinin isə 99 faizini təşkil edir.

1996-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edir.

Azercell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti