Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Elektron kommersiyasında maraqlı olan şirkətlər Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən pulsuz məsləhət alacaq. Bu barədə cümə günü nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin rəhbəri Rüfət Gülməmmədov məlumat verib.
Onun sözlərinə görə, mayın əvvəlindən ölkədə elektron ticarətin inkişafı layihəsi çərçivəsində tövsiyələrin hazırlanması üzrə işlərə başlanılıb. Hazırlıq ölkənin müxtəlif ali təhsil müəssisələrinin alimlərinin daxil olduğu işçi qrup tərəfindən aparılır. Layihənin məsləhətçisi SilverKey Technologies şirkətidir. İşlər ilin sonuna qədər davam etdiriləcək. Layihənin bütün maliyyə xərclərini Rabitə Nazirliyi öz üzərinə götürüb.
Adıçəkilən layihə çərçivəsində Rabitə Nazirliyinin apardığı araşdırmalara əsasən, əhalinin elektron kommersiyasının tətbiqinə marağı kifayət qədər yüksəkdir.