...

Rabitə naziri: Bu il Azərbaycan məktəblərində 50-55 min kompüter quraşdırılacaq

Telekommunikasiya Materials 15 İyun 2007 13:11 (UTC +04:00)
Rabitə naziri: Bu il Azərbaycan məktəblərində 50-55 min kompüter quraşdırılacaq

Azərbaycan, Bərdə /müx. Trend Ş.Cəliloğlu/ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Sağlam İnkişaf və Maarifləndirmə ictimayi birliyi Bərdə rayonun Şirvanlı kəndində yerləşən 19 saylı Şuşa şəhər köçkün orta məktəbinin inzibati binasında məcburi köçkün gənclər üçün kompüter mərkəzinin açılışı keçirdi. Mərkəzdə 5 kompüter dəsti var və onlar İnternet şəbəkəsinə qoşulub.

Açılışda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Rüfət Gülməmmədov, Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Bərdə şöbəsinin müdiri Sərdar Zeynalov və "Aztelekom" İB sədr müavini Mehman Həsənov iştirak ediblər.

Gülməmədov bildirib ki, bu cür tədbirlər respublikamızın bir çox bölgələrində aparılır ki, bunun məqsədi əsasən gənclərin informasiya intellektinin səviyyəsini artırmaqdır.

Ötən gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və millət vəkili Gültəkin Hacıyeva Goranboy rayonunda yerləşən Heydər Əliyev muzeyinin açılışında olublar. Daha sonra onlar şəhərin bir çox məktəblərinə baş çəkiblər, burada kompüterlərin olub-olmaması ilə maraqlanıblar. Əli Abbasov bildirib ki, bu il Azərbaycanın məktəblərində 50-55 min kompüter fəaliyyət göstərəcək. 2008-ci ildə isə respublikanın bütün məktəbləri kompüterlə təmin olunaraq İnternet şəbəkəsinə qoşulacaq.

Xəbər lenti

Xəbər lenti