...

"Azercell və Reuters Foundation"in treyninqlərində iştirak edən 16 jurnalistə "Azercell və Reuters Foundation"in sertifikatlari təqdim olunub.

Telekommunikasiya Materials 25 İyun 2007 20:50 (UTC +04:00)

Azərbaycan, Baki / Trend / Müstəqil və güclü medianin vətəndaş cəmiyyətinin inkişafi üçün mühüm amil olduğunu nəzərə alaraq, "Azercell Telekom" Birgə Müəssisəsi "İnkişaf və Paylaşmaq Platformasi" çərçivəsində Azərbaycanda jurnalistikanin bu missiyasina dəstək olmaq məqsədilə müxtəlif layihələrin həyata keçirilməsinə başlayib.

Azərbaycan jurnalistlərinin peşəkarliğinin artirilmasi məqsədilə "Azercell Telekom" BM-in nüfuzlu Reuters Fondu ilə birlikdə ilk dəfə olaraq keçirdiyi "Biznes xəbərlərinin yazilması treninqi" də bu layihələrdən biridir.

Treninqdə iştirak etmək üçün 100-ə yaxin iddiaçi jurnalist içərisindən 16 KİV nümayəndəsi təlimlərdə iştirak üçün seçilib. İyunun 18-dən 22-nə kimi nəzəri-praktik formatda "Avropa" mehmanxanasinda keçirilən treninqdə Reuters Fondunun dünya şöhrətli trenerləri - Oliver Ueytes və Anatoli Verbin jurnalistlərimizlə öz biliklərini paylaşiblar.

İyunun 22-də treninqin başa çatmasi münasibətilə tanınmış KİV rəhbərlərinin, dövlət təşkilatlarının, xarici ölkə səfirliklərinin və özəl müəssisələrin mətbuat katiblərinin də iştirak etdiyi təntənəli mərasimdə çixiş edən "Azercell Telekom" BM-in baş müdiri A.Halim Ateş ilk növbədə treninq təlimçilərinə və iştirakçilarina təşəkkürünü bildirərək rəhbərlik etdiyi şirkətlə yerli mətbuat arasinda qurulan six münasibətlərdən söz açib: "Jurnalistlərlə əməkdaşlığımız göz qabağındadır. Uzun illərdir mətbuat və jurnalistlərlə olan əlaqələrimiz də bəllidir. Azərbaycanda jurnalist dostlarımız tərəfindən bizə verilən "İlin ən şəffaf şirkəti" mükafatı əməyimizin necə qiymətləndirilməsini açiq şəkildə göstərib. Ümid edirəm ki, bu təlimlər zamani topladığınız biliklər sizin peşəkar fəaliyyətinizdə, iş həyatınızda faydali olacaq".

Təlimçilərdən biri - "Reuters" agentliyinin MDB, Bolqaristan, Portuqaliya, Pakistan, Braziliya üzrə baş müxbiri olmuş Oliver Ueytes bu cür gözəl imkan yaradıldığına görə "Azercell"ə öz minnətdarlığını çatdırıb. O, "Reuters" agentliyinin 100 ildən artıqdır jurnalistikanin ali prinsiplərinə əməl etdiyini bildirib: "Əsas prinsip - ictimaiyyətə dəqiq, qərəzsiz xəbərlərin çatdırılmasıdır. Əgər biz qeyri-dəqiq informasiyanı cəmiyyətə çatdırsaydıq, iflasa uğrayardıq. Mən vaxtilə agentlikdə topladığım bilik və bacarıqlarımı mümkün qədər azərbaycanli həmkarlarımla bölüşdüm. Ümid edirəm, bu biliklər sizə işinizdə yardim göstərəcək".

Xəbər lenti

Xəbər lenti