...

Səfir: Azərbaycan və Polşanın mobil rabitə operatorları əməkdaşlığı genişləndirməlidirlər

Telekommunikasiya Materials 12 İyul 2007 19:12 (UTC +04:00)
Səfir: Azərbaycan və Polşanın mobil rabitə operatorları əməkdaşlığı genişləndirməlidirlər

Azərbaycan, Bakı müx. Trend S.Babayeva / Polşanın Azərbaycandakı səfiri Kşiştof Kraevski "Rabitə dünyası" qəzetinə müsahibəsində bilirib ki, Azərbaycan və Polşanın mobil rabitə operatorları arasında əməkdaşlıq məsələsinə böyük diqqət ayırmaq lazımdır.

"Xarici ölkələrdə telefon rouminqinə olan yüksək tariflər bir sıra problemlər yaradır", səfir belə hesab edir.

Onun sözlərinə görə, Avropa ölkələrində rouminq xidmətlərinin qiymətləri çoxdan bəri aşağı salınıb. "Hesab edirəm ki, Avropanın təcrübəsindən istifadə edərək bu məsələni həll etmək olar. Azərbaycan və Polşanın mobil operatorları arasındakı əlaqələri daha da genişləndirməyi təklif edirəm" - deyə nazir bildirib.

İyunun sonunda Avropa Birliyinin 27 üzv dövlətində bu regional təşkilatın daxilində telefon rouminqlərinə olan qiymətlərin iki dəfə aşağı salınması barədə AB-nin göstərişi qüvvəyə minib.

Bundan sonra Avropa abonenti üçün AB-in istənilən ölkəsində rouminq ödənişləri edilən zənglərin bir dəqiqəsi üçün 49, daxil olan zənglərin bir dəqiqəsi üçün isə 24 avrodan çox olmayacaq.

Əvvəlcə Avropa parlamentinin sənaye komitəsinin üzvləri edilən zənglər üçün 40, daxil olan zənglər üçün isə 15 avro təyin etməyi təklif edirdilər. AB ölklərinin əksəriyyəti uyğun olaraq 60 və 30 avro-sent təyin etməkdə, Böyük Britaniya və Fransa isə operatorların mövcud tariflərini qoruyub saxlamaqda təkid edirdilər.

AB hakimiyyət institutları arasında əldə olunmuş müqaviləyə əsasən, növbəti illər ərzində də rouminq tarifləri aşağı salınacaq. 2008-ci ildə edilən rouminq zənginin dəyəri 46 avro-sent, daxil olan rouminq zənginin dəyəri 22 avro-sent, daha sonrakı ildə isə müvafiq olaraq 43 və 19 avro-sent təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti