...

Qəbələdə turizmlə bağlı forum keçiriləcək

Turizm Materials 19 Aprel 2019 14:29 (UTC +04:00)
Aprelin 20-i Qəbələdə Azərbaycanda turizmin inkişafına həsr olunan forum çərçivəsində fiziki cəhətdən məhdud şəxslərin hazırladığı əl işləri sərgisi keçiriləcək
Qəbələdə turizmlə bağlı forum keçiriləcək

Bakı. Mətanət Nəsibova - Trend:

Aprelin 20-i Qəbələdə Azərbaycanda turizmin inkişafına həsr olunan forum çərçivəsində fiziki cəhətdən məhdud şəxslərin hazırladığı əl işləri sərgisi keçiriləcək.

Bunu Trend-ə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, tədbirin təşkilatçısı “Tourism Lab” MMC-dir:

“Forum zamanı turizm sənayesinin, eləcə də regionlarda qadın sahibkarlığının inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq”.

Assosiasiya rəhbəri bildirib ki, forumda turizm, rəqəmsal texnologiyalar, sahibkarlıq və digər sahələr üzrə mütəxəssislər iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti