...

Kolumbiya Prezidenti qalmaqallı vəziyyətə görə maliyyə nazirini istefaya göndərib

Turizm Materials 5 Dekabr 2024 05:17 (UTC +04:00)
Kolumbiya Prezidenti qalmaqallı vəziyyətə görə maliyyə nazirini istefaya göndərib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiya Prezidenti Qustavo Petro maliyyə və dövlət krediti naziri Rikardo Bonilladan istefa verməsini tələb edib.

Trend xəbər verir ki, Petro bu barədə sosial şəbəkədə açıqlama verib: “Mən onun istefasını günahkar olduğu üçün deyil, hökumət proqramına sadiqliyi səbəbindən hökumətimizi parçalamağa və konstitusiyaya zidd olaraq devirməyə çalışdıqları üçün gözləyirəm.”

Dövlət başçısının bu çağırışından sonra Bonilla istefa ərizəsini təqdim edib.

Prezident Petronun sözlərinə görə, Kolumbiyada maliyyə nazirləri tez-tez "Konqres tərəfindən şantaj və təzyiqin qurbanına çevrilir." Petro Bonillanı “akademik sadəlövhlükdə” ittiham edib və bildirib ki, o, hər kəsin eyni yüksək intellektual səviyyədə olduğunu düşünərək, əvvəlki prezident Alvaro Uribenin tərəfdarlarına güvənməmə göstərişini yerinə yetirməyib.

Prezidentin açıqlamasına əsasən, maliyyə naziri vəzifəsinə departamentin müavini Dieqo Gevara təyin ediləcək.

Xəbər lenti

Xəbər lenti