...

Azərbaycanda "Təhsil haqqında" qanuna dəyişikliyin edilməsi təklif olunur

Cəmiyyət Materials 10 Oktyabr 2011 14:58 (UTC +04:00)
Azərbaycanın millət vəkili "Təhsil haqqında" qanunda dəyişiklik edilməsini təklif edir.
Azərbaycanda "Təhsil haqqında" qanuna dəyişikliyin edilməsi təklif olunur

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın millət vəkili "Təhsil haqqında" qanunda dəyişiklik edilməsini təklif edir. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva bazar ertəsi Trend-ə bildirib ki, "Təhsil haqqında" qanundan 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbinin zəruriliyi ilə bağlı müddəa çıxarılmalıdır. Çünki bu, bir sıra problemlər yaradır.

Komitə üzvünün sözlərinə görə, bu gün respublikadakı bağçaların sayı azdır. Buna görə də uşaqların hamısı bağçaya gedə bilmirlər.

Baxşəliyeva bildirib ki, bağçaların sayının azlığı Bakı şəhərində müşahidə edilsə də, problem rayon və kəndlərdə özünü daha ciddi şəkildə göstərir.

"Təcrübə göstərdi ki, məktəbəqədər təhsilin zəruriliyinin qanunda qeyd edilməsi bir qədər tez olub. Məncə, buna görə də keçid dövrü üçün "zəruri" sözü çıxarılmalıdır. Çünki bu, təhsildə müəyyən problemlər yaradır. Məktəbə uşaq qəbul edildikdə də belə bir irad səslənə bilər ki, uşaq hazırlıq keçməyib. Buna görə uşaq götürülməyə bilər. Bu isə düz deyil", - millət vəkili qeyd edib.

"Təhsil haqqında" qanun ölkə Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin 19 iyununda təsdiqlənib.

"Təhsil haqqında" qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil üç yaşdan başlayır.

Qanunun 18.4 maddəsində qeyd olunur ki, beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir.

Xəbər lenti

Xəbər lenti