Baş direktor: Səs İnformasiya Agentliyi müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir

Baş direktor: Səs İnformasiya Agentliyi müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir

Bakı. Elçin Mehdiyev - Trend:

Səs İnformasiya Agentliyi (SİA) müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir. Bunu Trend-ə açıqlamasında agentliyin baş direktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, bu gün Səs İnformasiya Agentliyinin 10 yaşı tamam olur: "Bu gündən danışarkən SƏS qəzetinin tarixinə ekskursiya etmək vacibdir. Çünki Səs İnformasiya Agentliyi məhz "Səs" qəzetinin bazasında yaranmış bir resursdur. Xatırlatmaq üçün qeyd etmək istərdim ki, "Səs" ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Fəaliyyətə başladığı dövrdən sevilərək 35 min tirajla nəşr edilib. "Səs" qəzeti mürəkkəb bir dövrdə zərurətdən yaranıb və ölkə ziyalılarını və ulu öndər Heydər Əliyev sevərləri öz ətrafında cəmləyib. Qəzet Ulu Öndərin fikir və ideyalarını xalqa, xalqın sevgisini isə öz liderinə çatdırmaqla yanaşı, cəmiyyətdə maarifləndirici rol oynayıb".

O qeyd edib ki, 1992-ci il oktyabrın 16-da ölkənin tanınmış ziyalılarının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də ulu öndərin həmin müraciətə cavabı da "Səs" qəzetində dərc olunub:

"Halbuki bir sıra mətbu orqanlar həmin tarixi müraciəti dərc etməkdən çəkinirdilər. Amma "Səs" qəzeti heç nədən çəkinmədən, təqib və təzyiqlərdən, redaksiyaya hücumlardan qorxmadan ulu öndər Heydər Əliyevin milli maraqlara söykənən fikirlərini geniş oxucu kütləsinə çatdırırdı. Eləcə də sağlam fikirli ziyalıları bir araya gətirən "Səs" qəzeti Yeni Azərbaycan Partiyasının yaranmasında baza rolunu oynayıb. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb".

B.Quliyev vurğulayıb ki, ümummilli lider hakimiyyətə gəldikdən sonra isə məhz bu xidmətlərinə görə "Səs" qəzetini özünün doğma qəzeti adlandırıb və qeyd edib ki, "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir:

"Dahi öndər Heydər Əliyevin Prezident seçilməsindən və YAP-ın hakimiyyətə gəlişindən sonra qəzet ölkənin ictimai həyatında daha böyük rol oynamağa başlayıb. Qəzetdə ölkədəki mövcud problemlər və onların həlli yolları haqqında müxtəlif ziyalıların, mütəxəssislərin yazıları, müsahibələri dərc olunub. Həmçinin dövlətin, prezidentin və partiyanın fəaliyyəti haqqında xəbərlərin, dünyada və ölkədə yaşanan proseslərin ictimaiyyətə çatdırılması missiyası davam etdirilib".

Baş direktor deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız özünün inkişaf mərhələsinə qədəm qoyub:

"Müstəqil Azərbaycanın ilk mətbu orqanı olan “Səs” qəzeti və bu gün 10 illik yubileyini qeyd etdiyimiz “Səs” İnformasiya Agentliyi də dövlətimizin yaratdığı geniş inkanlardan bəhrələnməklə öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qura bilib. "Səs" qəzetinin keçdiyi tarixi yol, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Başqa sözlə, "Səs" xalqın dəstəklədiyi Yeni Azərbaycan Partiyası ilə ortaq tarixi inkişaf yolu keçib, həlledici məqamlarla partiyanın məqsəd və məramlarının geniş ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb. Ona görə də bu qəzet həm də xalqın və YAP-ın mətbu carçısı kimi qiymətləndirilməkdədir".

B.Quliyev qeyd edib ki, "Səs" qəzeti yarandığı gündən yenilənməyə meyilli olub, daim inkişafda olub və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb:

"Qəzet modernləşərək öz bazasında Səs İnformasiya Agentliyini və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fəaliyyət göstərir. Bu gün Səs İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Agentliyin ölkəmizin regionlarında olduğu kimi, Türkiyə, Rusiya, Gürcüstan, Misir və digər ölkələrdə də müxbir postları fəaliyyət göstərir. Lakin biz bununla da kifayətlənmirik və yaxın gələcəkdə əhatə dairəmizin daha da genişlənməsi üçün fəaliyyət planlarımız üzərində işlər aparırıq. İfadə azadlığı şəraitində ölkədə çoxsaylı internet portalının olması sağlam rəqabətə imkan yaradır. Sağlam rəqabətdə SİA-nın da öz dəsti-xətti, öz yeri var. Hesab edirəm ki, SİA və SƏS TV kifayət qədər auditoriyaya sahiblənə bilib, onun öz oxucu və tamaşaçı auditoriyası var".

B.Quliyev bildirib ki, SİA və SƏS TV bu gün müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir: "SİA-da, yaxud SƏS TV-də günün tələbinə aid hər hansı bir problemə elə həssaslıqla toxunulur ki, sonradan bu amil həm auditoriyamızda, həm də ictimaiyyətdə uzun illər unudulmayacaq hisslər doğurur. Hazırda agentliyin redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var. Dövlətimizin yaratdığı imkanlardan bəhrələnməklə əməkdaşların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün inşa edilən binadan ümumilikdə “Səs” ailəsinin 10 əməkdaşı mənzillə təmin olunub.

Son olaraq onu demək istəyirəm ki, biz ulu öndərimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin “Səs” qəzeti haqqında söylədiyi kəlamları rəhbər tutaraq, fəaliyyətimizi davam etdirib ənənəvi qəzetçilik mövqeyimizi qoruyaraq müasir dünyanın çağrışlarına cavab verməyə çalışacağıq".

Kolumbiya Səhiyyə Nazirliyi futbol üzrə Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır
Kolumbiya Səhiyyə Nazirliyi futbol üzrə Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu
"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu
Loading Bars
Xəbər lenti
ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib
Sabah güclü külək əsəcək
Direktorluğa qəbul üzrə imtahanlar keçirilir (FOTO)
Müdafiə naziri qadınları təbrik edib
Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi
Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Liviyanin müvəqqəti işlər vəkili
Diplomatik korpus nümayəndələri Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar
Bu günə qədər Azərbaycanda 390 min 489 nəfər peyvənd olunub
Bu günədək DSX-nin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb (FOTO)
Ötən gün Azərbaycanda 24 yanğın qeydə alınıb
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
YAP-ın yeni yaradılan Veteranlar Şurasının tərkibi məlum olub (SİYAHI)
Zəngilan rayonunun Qaradərə kəndi (VİDEO)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Bir qrup qadın orden və medallarla təltif edilib (SİYAHI)
Azərbaycan qadınlarına fəxri adlar verilib - SƏRƏNCAM
YAP-ın yeni yaradılan Təftiş Komissiyasının tərkibi məlum olub (SİYAHI)
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib (VİDEO)
Kənddən şəhərə yarmarkaları yenidən başlayıb (FOTO)
Roma papası İraq şiələrinin lideri ilə görüşüb
Əcnəbilər üçün Azərbaycan dili üzrə imtahan keçirilib, 3 nəfər keçid balını toplayıb
Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb
Kolumbiya Səhiyyə Nazirliyi futbol üzrə Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır
Gəncədə sayğac oğrusu saxlanılıb (FOTO)
Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb (FOTO)
Masallıda ikimərtəbəli evdə yanğın olub
Dünya Bankı koronavirus pandemiyası ilə mübarizədə Azərbaycana dəstək göstərə bilər
Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb
"Abivax" koronavirus dərman preparatının sınaqlarını dayandırıb
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Somalinin paytaxtında güclü partlayış olub
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
Qaxda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri qəhrəmanlıq göstəriblər
Prezident İlham Əliyev: Böyük Qayıdış proqramının icrasında ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
Prezident İlham Əliyev: Şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir
Prezident İlham Əliyev: Bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi öz işini yekunlaşdırıb - XİN
Türkiyədən Azərbaycana daha çox sərmayəçi gələ bilər - Abdurrahman Uzun
Müttəfiq ölkə liderlərinin Prezident İlham Əliyev haqqında qiymətləndirmələri Azərbaycana verilən dəyərdir - Aydın Quliyev
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb (FOTO)
Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar gecikir (FOTO)
YAP-ın İdarə Heyətinin yeni tərkibi məlum oldu (SİYAHI)
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Bütün xəbərlər