...

Siyavuş Novruzov: Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər hələ bir il öncədən nəzərdə tutulmuşdu

Nəzər nöqtəsi Materials 12 Mart 2019 17:43 (UTC +04:00)
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər hələ bir il öncədən nəzərdə tutulmuşdu.
Siyavuş Novruzov: Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər hələ bir il öncədən nəzərdə tutulmuşdu

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər hələ bir il öncədən nəzərdə tutulmuşdu.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov xatırladıb ki, ötən il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi:

“Seçkilər dönəmində YAP-ın namizədinin təbliğat-təşviqat qrupuna daxil olan şəxslər yerlərdə çoxsaylı görüşlər keçirdilər. Elə bir rayon, elə bir kənd, elə bir böyük yaşayış massivi olmadı ki, bu cür görüşlər keçirilməsin. Bu görüşlərdə vətəndaşların təkif və arzuları, onları narahat edən məsələlərin hamısı toplanaraq proqram şəklini aldı. Bu proqram seçki plotforması kimi təqdim olundu.

Sonrakı dönəmdə Azərbaycanın dövlət büdcəsi müzakirəyə çıxarılanda bu məsələlər də qaldırıldı. Qaldırılan məsələlərin hamısı nəzərə alındı. Büdcədən bu problemlərin həllinə vəsait ayrıldı. Yəni bütün bu məsələlərin həlli hələ bir il öncədən nəzərdə tutulmuşdu və gördüyünüz kimi, yüksək səviyyədə həyata keçirilməkdədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti