Azərbaycan xalqı siyasi ambisiyalarına görə parçalanan radikal müxalifət nümayəndələrinə yenidən şans verməyəcək - Ekspert

Azərbaycan xalqı siyasi ambisiyalarına görə parçalanan radikal müxalifət nümayəndələrinə yenidən şans verməyəcək - Ekspert

Bakı. Samir Əli - Trend:

Azərbaycan xalqı siyasi ambisiyalarına görə parçalanan radikal müxalifət nümayəndələrinə yenidən şans vermək fikrində deyil. Bunu Trend-ə açıqlamasında “SƏS” Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev deyib

Ekspert bildirib ki, hər hansı bir müxalif qüvvənin hakimiyyətə iddia etməsi normal bir haldır, amma həmin müxalifətin siyasi təcrübəsizliyi, naşılığı, dövlətçilik məsələlərində büdrəmələri və s. yöndə faktlar varsa, bu zaman digər məsələlər ortaya çıxır. Müxalifətin hakimiyyətə can atması demokratiyanın təzahürüdür və bütün ölkələrdə həmin hal mövcuddur.

B.Quliyev qeyd edib ki, bu gün Azərbaycanda hakimiyyətə iddialı olan müxalifət vaxtilə iqtidarda olub və həmin dövrdə ölkənin, xalqın başına hansı müsibətlər açılıb. Belə olan halda həmin iddiaya tamamilə ayrı prizmadan yanaşmaq lazım gəlir:

“Hazırda radikal, dağıdıcı müxalifət kimi bildiyimiz düşərgə təmsilçilərinin əksəriyyəti iqtidarda olublar, amma onların iqtidarda olduqları vaxt hansı hadisələr baş verib, ölkədə nələr yaşanıb? Bax, bu reallıqları araşdırıb yenidən üzə çıxararkən deməliyik ki, 1992-1993-cü illərdəki hakimiyyət bilavasitə dövlətçilik piramidasını təməlli şəkildə laxlatmışdı. AXCP hakimiyyəti adlandırılan həmin iqtidarda ümumiyyətlə, heç kim öz yerində deyildi, hətta vəziyyət o həddə qədər gəlib-çıxmışdı ki, insanlar çayxanalardan nazir postlarına irəli çəkilir, ixtisasca müəllim olanlar, hərbi xidmətinə getməyənlər hərbi nazir vəzifəsinə, ya da Müdafiə Nazirliyində, ayrı-ayrı güc strukturlarına yüksək vəzifələrə təyin olunurdular. Təhsil, səhiyyə və başqa sahələrdə işini doğru-dürüst bilən şəxslər rəhbərlik etməyiblər. Adi diplomatik davranışlardan uzaq olan naşı “dövlət xadimləri” ölkəmizi bir ilin içində çox acınacaqlı vəziyyətə doğru sürüklədilər. Küçələrdə reketçilik, bazarlarda qıtlıq, xalqın isə ac və səfil vəziyyətə düşməsi, əsasən də Qarabağda baş verən acı olaylar – bütün bunlar yaxın keçmişdə baş vermiş hadisələrdir və bu hadisələri xatırlatmaq ona görə lazımdır ki, ictimaiyyət həmin insanların yenidən hakimiyyətə iddialı olmalarına qarşı öz gerçək münasibətini bildirsin”.

O vurğulayıb ki, əxlaqları, mədəniyyətləri olmayan şəxslər parlament iclaslarında, televiziyaların canlı yayımlarında sözün əsl mənasında tərbiyəsizlik nümayiş etdirir, həqarətlər edir, bir-biriləri ilə əlbəyaxa olur, ən kiçik hadisələrə belə, aqressiya nümayiş etdirərək əslində siyasətə, dövlət idarəçiliyinə nə qədər yad olduqlarını sübut edirdilər:

“Bu günün özündə baş verənləri unutmayan, onları qəbul etməyən xalqı sosial şəbəkələrdə təhqir edənlər də məhz həmin insanlardır. Siyasi ambisiyalarına görə müxtəlif partiya və birliklərə parçalanan radikal müxalifət səlahiyyətliləri bir-birilərinə bu gün də savaş açır, təhqirlər edir, bu vasitə ilə “doğru” olduqlarını sübut etməyə çalışırlar. Əgər belələri hakimiyyətə gəlsələr, görün, dövlətimiz və xalqımız üçün daha hansı ağır fəsadlar yaşana bilər. Biz unutmamışıq ki, AXCP hakimiyyəti dövründə jurnalistlərə qarşı hansı təzyiqlər, təqiblər olub, həmin iqtidarı tənqid edən media adamları vəhşicəsinə döyülüb, ailələrinə qarşı təhdidlər olub, canlı yayımlara hücumlar təşkil edilib və s. O zamanlar müvafiq beynəlxalq təşkilat tərəfindən ölüm hökmünə qoyulan qadağa mövcud ola-ola, Azərbaycanda bir neçə şəxsə qarşı ölüm hökmü tətbiq edilib. Cəbhədə özünə sui-qəsd ssenarisi hazırlatdıran müdafiə naziri “günahkarları” taparaq gənc əsgərləri güllələtdirib. Ümumiyyətlə, dövlətçiliyin təməli olan Konstitusiya qanunlarına, müddəalarına əməl olunmayıb, o cümlədən, iqtisadi tənəzzül, ərzaq qıtlığı, digər nəhəng problemlər nəticə etibarilə müstəqilliyimizin əldən çıxması təhlükəsini yaşatmışdı. Təbii ki, Azərbaycan xalqı heç vaxt həmin ünsürlərin yenidən hakimiyyətə gəlməyinə şans vermək fikrində deyil. Ona görə də belələri özlərini təmizə çıxarmaq üçün bütöv bir xalqı ittiham edir, “günahkar” çıxarmağa çalışırlar”.

Siyasi ekspert son olaraq vurğulayıb ki, reallıqda belə naşı və siyasətbazların hakimiyyətə iddialarında inkişaf və tərəqqi edən Azərbaycan dövlətini istəməyən xarici qüvvələrin də maraqları var: “Həmin qüvvələr təbii sərvətləri, güclü iqtisadiyyatı olan ölkəmizdə öz maraqlarını təmin etməkdən ötrü onlara müəyyən dəstəklərini göstərirlər. Daha dəqiq desək, radikalların dağıdıcılıq prinsiplərini maliyyələşdirməklə Azərbaycana qarşı təsir dairələrini saxlamağa çalışırlar. Əlbəttə ki, artıq uzun illərdir müxtəlif cəhdlərin qarşısı alınır və demokratik mühitdə keçirilən bütün seçkilərdə xalqın iradəsi son sözünü deyir. Nəticədə, artıq bir dəfə hakimiyyətdə olmuş dağıdıcı müxalifət sözün həqiqi mənasında Azərbaycan xalqı tərəfindən rədd edilir. Bu, belə olub, belə də olacaq. Çünki heç kim tarixi, ondan doğan həqiqətləri unutmayıb”.

Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı dəmir yollarının təmiri üçün avadanlıqların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı dəmir yollarının təmiri üçün avadanlıqların satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Sumqayıtda süngər sexi yanıb - Xəsarət alan var
Memarlıq və İnşaat Universitetində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib (FOTO)
MSK daha 9 məntəqədə seçkilərin nəticələrini ləğv edib
Fevralın 26-na manatın məzənnəsi
MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv edib
Si Cinpin Prezident İlham Əliyevə təşəkkür edib
Bakıda ağac kəsən şirkət cəzalandırıldı
MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız saydı
Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı
Binəqədidə mənzildən qadın meyiti tapılıb
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
MSK parlament seçkilərinə yekun vurulması məsələsinə baxır
Prezident İlham Əliyev “Qeyri-formal məşğulluğa nəzarət”lə bağlı fərman imzalayıb
İranın cənubunda zəlzələ oldu
Astaranın baş həkimi BU SƏBƏBƏ görə işdən çıxarılıb
Ali məhkəmənin altı hakimi donuz qripinə yoluxdu - Hindistanda
Aİİ-nin Tələbə Gənclər Təşkilatının üzvləri “Ana harayı” memorial kompleksini ziyarət ediblər (FOTO)
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
AZAL xidmət sahəsində yeni texnologiyaya keçib (FOTO)
İranın səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
Assosiasiya rəhbəri: Ərdoğanın Azərbaycana səfəri strateji baxımdan çox vacibdir
Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır
Gəncədə qadının bahalı boyunbağısını oğurlayan şəxslər saxlanılıb (FOTO)
Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı
Dövlət Gömrük Komitəsinin sədri və müavini vətəndaşları qəbul edəcəklər
Sahil Babayev İctimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Global Energy Solutions şirkəti BP-dən təhlükəsizlik sahəsindəki nailiyyətlərə görə mükafat almışdır (FOTO)
Hüsnü Mübarək vəfat etdi
Nutrisioloq - diyetoloq kimdir?
PAŞA Bank əməkhaqqı kart sahiblərinə xüsüsi təklif
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)
BSU-da Xocalı soyqırımına həsr olunmuş geniş tədbir keçirilib (FOTO)
Biləsuvar sakini narkotik vasitələri satarkən saxlanıldı
Xocalı soyqırımının dünyada tanınması üçün bütün tədbirlər görüləcək - Tural Gəncəliyev
Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA
Daha 4 nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Güclü külək Gəncədə bəzi fəsadlar törətdi (FOTO)
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub (FOTO)
Ağsuda idarə rəisi işdən çıxarıldı - SƏBƏBİ açıqlandı
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Misirdə silsilə tədbirlər keçirilib
Azərbaycanla İranla sərhədə mobil səyyar hospital göndərdi (FOTO)
İranda 95 nəfər yeni koronavirusa yoluxub - RƏSMİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib (FOTO)
AzTV Novruz bayramı üçün telelayihə hazırlayır (VİDEO)
Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb
Hərbi prokuror: Xocalı soyqırımı ilə bağlı 4500 nəfərdən çox şəxs dindirilib
Masallıda iki tarixi obyektin bərpası üçün müraciət ünvanlandı
Rabitəbankdan “Made in Azerbaijan” brendinə dəstək! (FOTO)
Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi qeyd edildi (FOTO)
"Atəşgah" Sığorta Şirkətində təhlükəli tullantılar toplandı
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Su Çərşənbəsi münasibəti ilə bu həftə ərzində əməkhaqqı layihəsinə qoşulanlara 20% endirim (VİDEO)
Əli Əhmədov: Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir (FOTO)
Sabahın hava proqnozu açıqlandı
XİN: Azərbaycan əsgərinin qətlə yetirilməsinin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir
Bakıda polis əməkdaşının qətli ilə bağlı RƏSMİ məlumat
Azərbaycanda turizm bələdçiləri üçün sertifikatın alınması məcburi olacaq
Mağazalardan dəfələrlə oğurluqlar edən şəxs saxlanıldı
“Azərişıq” ASC gücləndirilmiş rejimə keçdi
İranda yeni koronavirusdan ölənlərin sayı 16-ya çatıb
Naxçıvan Ali Məclisinə yeni komitə sədrləri və üzvləri seçildi - SİYAHI
Hindistanda vətəndaşlıq haqqında qanuna etirazlarda 7 nəfər ölüb
İlahiyyat İnstitutunun heyəti Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirdə iştirak edib (FOTO)
"Yelo Bank" yeni konseptdə daha bir filialın açılması üçün tender keçirir
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
Bank Respublika əmanətlər üzrə +1% BONUS təklif edir
Bakı-Sumqayıt yolunda gərgin anlar yaşandı - Maşın havada qaldı (FOTO)
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub (FOTO)
Azərbaycan və Türkiyə arasında gömrük prosedurlarının tezləşdirilməsi nəzərdə tutulur (ÖZƏL)
“Xocalı - şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib (FOTO)
AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış (FOTO)
Koronavirusla əlaqədar Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində dezinfeksiya işləri aparılıb (FOTO)
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinə təyinatla əlaqədar müsabiqə elan edilir
Azərbaycan Universitetində “Xocalı – zülmət bir gecə” filminin təqdimatı olub (FOTO)
İranda məktəb və universitetlər bağlanır - Komitə qərar verdi
Səhiyyə Nazirliyi: Azərbaycanda epidemiyadan qorunmaq üçün kifayət qədər tibbi ləvazimat var
Bakıda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək
Azərbaycanın şəhid əsgəri dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib (FOTO)
Biləsuvarda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
Xocalı soyqırımı qurbanları Krasnoyarskda anılıb
Azərbaycan nefti ucuzlaşır
Bakıda dəhşət: Fəhlə "KamAz"ın altında qalıb öldü
20 yanvar faciəsinin təqsirkarlarından biri öldü
ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir
Gənc PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı təşkil olunub (FOTO)
Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq
Mərkəzi Bankla İtaliya Milli Mikrokredit Agentliyi arasında Memorandum imzalanıb
Türkiyə və Azərbaycanın səhiyyə nazirləri koronavirusa qarşı tədbirləri müzakirə edib
Vüqar Bayramov: İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq (VİDEO)
Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib
Bakıda bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib (FOTO)
Bakı Ali Neft Məktəbi koronavirus əleyhinə dezinfeksiya edildi (FOTO)
İki evdən oğurluq edən şəxs saxlanıldı
Karateçilərimiz Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar
Xırdalanın elektrik təchizatında fasilələr yaranacaq
Bütün xəbərlər