Əli Həsənov: 1993-cü ildə Surət Hüseynovun silahlılarından qaçıb gizlənənlər 1994-cü ildə də öz anti-xalq xislətlərini nümayiş etdirdilər

Əli Həsənov: 1993-cü ildə Surət Hüseynovun silahlılarından qaçıb gizlənənlər 1994-cü ildə də öz anti-xalq xislətlərini nümayiş etdirdilər

Bakı. Trend:

Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır!
Bu həqiqəti düz 25 il əvvəl ümummilli lider Heydər Əliyev xalqın böyük dəstəyi ilə Sürət Hüseynov və Cavadov qardaşlarının dövlət çevrilişi cəhdinin qarşısını alaraq bütün dünyaya nümayiş etdirdi. Yaşlı və orta nəsil həmin vaxt Azərbaycanda cərəyan edən dramatik hadisələri yaxşı xatırlasalar da, gənc nəsil bu barədə yalnız mətbuatdan məlumat ala bilir. Ümummilli lider tərəfindən Azərbaycanın müstəqilliyi və gələcək inkişafının əsas resurslarından və əlavə qarantlardan biri kimi düşünülmüş “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ilin 20 sentyabrdan dərhal sonra başlanmış və oktyabrın əvvəllərində kulminasiya nöqtəsinə çatmış həmin xain çevriliş cəhdi hər şeydən əvvəl, dövlətçiliyimizə, müstəqilliyimizə və bu müstəqilliyin qarantı olan lider Heydər Əliyev hakimiyyətinə qarşı yönəlmişdi.

Diqqət edin! 1994-cü il sentyabrın 20-də neft müqavilələri imzalanır. Sentyabrın 21-dən 22-nə keçən gecə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılır. Sentyabrın 29-da axşam vaxtı evinin astanasında Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir. Sentyabrın 30-da baş prokurorun xidməti avtomobili partladılır, oktyabrın 2-də Mahir Cavadovun rəhbərliyi ilə əsasən “OMON”-çulardan ibarət silahlı dəstə Respublika Prokurorluğunun binasını gülləbaran edərək ələ keçirir. Nyu-Yorkda BMT Baş Məclisinin illik sessiyasında iştirak edən Heydər Əliyev təcili ölkəyə qayıdaraq təhlükəli proseslərin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə başlayır. Oktyabrın 4-də vəziyyət daha da kəskinləşir. Cavadov qardaşları ilə əlbir olan o zamankı üsyankar baş nazir Sürət Hüseynovun qanunsuz silahlı dəstələri Gəncə şəhərində hakimiyyət orqanlarının inzibati binalarını, dəmir yolu vağzalını və aeroportu zorla ələ keçirir, şəhərə giriş-çıxışı nəzarətə götürür. Belə bir şəraitdə Heydər Əliyev çox müdrik və cəsarətli addım atdı. O, dövlət çevrilişinə cəhd edənlərə qarşı legitim güc işlətmək səlahiyyətində və imkanında olsa da, başqa yol seçdi və bu seçimi müasir dünya siyasətinin yeni bir nümunəsinə çevirdi. Yolunu azmış silahlı dəstələrə, terror və hədə-qorxu ilə hakimiyyətə can atan antimilli ünsürlərə, onlara xaricdən istiqamət və dəstək verən xainlərə qarşı Azərbaycan xalqının dəmir iradəsini ortaya qoydu. Heydər Əliyev oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək, vətəndaşları Azərbaycan dövlətçiliyini və milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağırdı. Gecə saatları olmasına baxmayaraq, qısa müddətdə on minlərlə insan Öz Liderinin ətrafına toplaşaraq Vətənə, dövlətə sədaqətlərini, milli dövlətçilik əzmlərini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, xalqın əzmi, iradəsi, milli birliyi və öz liderinə etimadı qarşısında heç bir qüvvə indiyə qədər dayana bilməyib və dayana da bilməz!!!

Xüsusi aktuallığını nəzərə alaraq, dəyərli oxucuların diqqətini bir mühüm məsələyə yönəltmək istəyirəm. 1993-cü ilin iyun ayında həmin üsyançı polkovnikin- Sürət Hüseynovun silahlılarının qorxusundan hakimiyyəti Heydər Əliyevin üzərinə ataraq qaçıb küncdə-bucaqda gizlənən AXC-Müsavat liderləri o çətin günlərdə yenə də öz antidövlət və antixalq xisllərini nümayiş etdirdilər. Onlar dövlətçiliyin və qanuni hakimiyyətin müdafiəsinə qalxmış və meydanlara çıxaraq milli iradə nümayiş etdirən xalqın cəbhəsində deyil, elə bugünkü kimi, o zaman da üsyançıların yan-yörəsində yer aldılar. Düşünürəm ki, elə bunun nəticəsidir ki, bu günün özündə də müxalif düşərgəni zəbt etmiş həmin “liderciklər” 26 ildir ki, hakimiyyət eşqi ilə yanıb-qovrulur, xəyanət etdiyi xalqın etimadını qazana bilmir və yenə də küncdə-bucaqda “pusku quraraq” mövcud hakimiyyətin nə zaman büdrəyəcəyini gözləyir. Düşünürəm ki, müxtəlif əyri və qeyri-qanuni yollarla hakimiyyətə can atan siyasətbazlar 4 oktyabr 1994-cü il tarixindəki davranışlarından doğru nəticə çıxararaq, ibrət dərsi götürsə və xarici antiAzərbaycan mərkəzlərinin sifarişləri ilə deyil, öz xalqının iradəsinə uyğun hərəkət etsələr, gələcəkdə bəlkə nəsə edə bilərlər...

Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor

Kapital Bank artıq Qubadlıda!
Kapital Bank artıq Qubadlıda!
Yanvarın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Yanvarın 19-da xarici valyutaların manata qarşı məzənnələri
İşğaldan azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturu yaradılacaq
İşğaldan azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturu yaradılacaq
Loading Bars
Xəbər lenti
Aİ ölkələrində yeni avtomobil satışı rekord həddə azalıb
Ermənilərin meşə fonduna, təbii sərvətlərə vurduğu ziyan hesablanır - Nazir müavini
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib
Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Azərbaycan əhalisi benzinə və dizelə 2 milyard manatdan artıq vəsait xərcləyib
COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər - RƏSMİ
Artıq 14 nəfər peyvənd olunub, vəziyyətləri yaxşıdır - Baş həkim
Sabahın hava proqnozu açıqlanıb
Qaxa 35 santimetr qar yağıb (FOTO)
Füzuli rayonunun Şəkərcik kəndi (FOTO/VİDEO)
Şuşada 2 su mənbəyi bərpa olunub, təminatın yaxşılaşdırılması üçün su maşını ayrılıb - Azərsu (ÖZƏL)
Ermənistanda Koçaryanın məhkəməsi bərpa olunub - Etiraz aksiyası keçirilir
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının görəcəyi işlər - SİYAHI
Qida məhsullarının müştərilərə çatdırılması xidməti necə həyata keçirilməlidir?
Azərbaycanda qızıl ucuzlaşıb
Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib
Koronavirusdan sağalanlar da maskadan istifadə etməlidir - Səhiyyə Nazirliyi
İkinci mərhələdə koronavirusa qarşı peyvənd kimlərə vurulacaq?
Rusiyada son sutkada 586 nəfər koronavirusdan ölüb
Bank məlumatlarınızı bu saytlara daxil etməyin - Nazirlikdən xəbərdarlıq (FOTO)
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində maraqlıdır - Səfir (FOTO)
2020-ci ildə Rusiya "SOCAR Polymer"in ən iri idxalatçısı olub
Zəfər muzeyinin konsepsiyasının hazırlanması üzrə bir sıra işlərə başlanılıb - Nazirlik
Gədəbəydə əmisini öldürən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanın bank sektorunda kifayət qədər pul var - Vüsal Qasımlı
Qarabağ Dirçəliş Fondunun strukturu təsdiqləndi, nizamnamə fondu isə 1 milyon manatdır
Polietilen torbaların, birdəfəlik plastik qabların idxalına qadağa qoyuldu - DGK
2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb
Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır - BANM-in Prezident təqaüdçüsü
Bu günədək tərxis edilmiş şəxslərlə bağlı komissiya 570 müraciəti yerində həll edib (FOTO)
Əksər rayonlarda yağış, qar yağıb
Mövcud dəlillər Paşinyanın həbsi üçün kifayət edir - Ermənistanın baş prokuroru
Azərbaycan nefti bahalaşıb
Bir gündə cinayət törədən 39 nəfər saxlanılıb
Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək? - TƏBİB açıqladı
Cəlilabadda avtomobildən 32 kiloqramdan artıq narkotik aşkarlanıb
Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir (FOTO)
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
MEDİA-nın həlli mümkün problemləri - TƏHLİL
Koronavirusa yoluxan şəxslər peyvənd ediləcəkmi? - TƏBİB-dən açıqlama (ÖZƏL)
İsmayıllı sakinindən narkotik vasitə götürüldü
Ötən il sosial şəbəkələrdə narkotik satanlardan 131 kiloqrama yaxın heroin aşkarlanıb
AAYDA hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi, 800 ton qum-duz yığıldı
Şabranda idarə rəisi cərimələnib (FOTO/VİDEO)
Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib (FOTO)
Ötən il icbari tibbi sığorta çərçivəsində 1252 ürək və damar cərrahiyyəsi aparılıb
Polisdən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Kapital Bank artıq Qubadlıda!
Yaponiyada qar təmizləyərkən 60 nəfər həlak olub
İlin əvvəlindən Ceyhan terminalından 8,6 milyon barelə yaxın AÇG nefti yola salınıb
Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən Qarabağın azad olunması vazkeçilməz hədəfə çevrilmişdi - Elçin Mirzəbəyli
Hirkan Milli Parkında yanğın söndürülüb
Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi (FOTO)
Koronavirusun qarşısını yalnız peyvəndlə almaq mümkündür - Deputat
Xaçmaz KOB evində sahibkarlara 20 mindən çox xidmət göstərilib (FOTO)
Azərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək
Goranboyda 2 polis əməkdaşı döyüldü
Qaz sızmaları aradan qaldırılır
Azərbaycan 2020-ci ildə 13 milyard dollardan çox məhsul ixrac edib
AMEA-ya ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib - Akademik-katib
Bərpa olunan enerji hərracları xarici investisiyaların ölkəyə cəlb olunmasına kömək edəcək - Agentlik (MÜSAHİBƏ)
AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb
Yanvarın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Prezidentin Üzeyir, Natəvan və Bülbülün heykəllərini Şuşaya qaytarması tarixi hadisədir - Büstlərin müəllifləri (FOTO)
“Azernews” dünyanın aparıcı qəzetləri arasında: Yeni bir uğur (FOTO)
20 Yanvar faciəsi Kolumbiya mətbuatında
Tramp əksər Avropa ölkələri və Braziliyadan ABŞ-a giriş məhdudiyyətlərini ləğv etdi
Mərakeşdə ilk dəfə koronavirusun "Britaniya" ştammına yoluxma faktı qeydə alınıb
İraqın mərkəzinə hava zərbələri endirilib
Sudanda 120-dən çox insan millətlərarası qarşıdurmanın qurbanı oldu
Əlcəzair və Mərakeş ərazisindəki səhrada qar yağıb
İtaliya parlamentinin aşağı palatası Konte hökumətinə etimad göstərib
Bakıda köşk yanıb
İsveçrədə xizək kurortunda uçqun olub, 10 nəfər qarın altında qalıb
Türkiyədə son sutkada koronavirusdan 7 905 nəfər sağalıb
Qarabağı Prezident İlham Əliyevin yetişdiriyi gənclər azad etdi - 17 ilin nəticəsi
Teledərslərin yanvarın 19-na olan cədvəli açıqlanıb
Bakıda mənzildən qadın meyiti tapılıb
Mədəniyyət Nazirliyi “Müqəddəs alman Lüteran kilsəsi” haqda videoçarx hazırlayıb (VİDEO)
Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişdi - İsrailli ekspert
Disneyland Paris yenidən açılmasını 2 aprelə qədər təxirə saldı
TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb
COVİD-ə qarşı vaksin vurulan zaman hansı əlavə təsirlərin yarana biləcəyi açıqlandı
Ölkəmizdə istifadə edilən vaksin COVİD-19-un yeni ştammı üçün də təsirlidir - Ramin Bayramlı
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb, güclü külək əsir - Faktiki Hava
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
Qeyri neft-qaz məhsullarının ixracı azalıb
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?
Azərbaycanda təbii qaz hasilatı artıb
Ceyhun Bayramov Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb
Ötən il Azərbaycanda 34 milyon tondan çox neft hasil olunub
Pandemiya səbəbindən sərnişin daşınmasında azalma olub - Bakı Limanı
Xırdalanda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Ötən il 254 kriminal qrup zərərsizləşdirilib, 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Ölkədə bu cinayətlər azalıb - RƏSMİ
Ötən il ümumilikdə 26 004 cinayət qeydə alınıb - Nazir
Kəlbəcər rayonunun Alolar kəndi (FOTO/VİDEO)
Bütün xəbərlər