Radikal müxalifət və onun "dezinformasiya maşını"

Radikal müxalifət və onun "dezinformasiya maşını"

Bakı. Trend:

Prezident Ilham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu müstəqildir və milli maraqlara söykənir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Bu xüsusda Azərbaycan dünyanın mühüm iqtisadi güc mərkəzlərindən biri olan Avropa İttifaqı ilə hərtərəfli münasibətlərin inkişafında maraqlıdır və bu istiqamətdə ardıcıl və dinamik siyasi kursa malikdir.

1996-cu ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsi hesabına imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş “Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”, habelə sonrakı mərhələdə paraflanmış “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəşdaşlığı” təşəbbüsüləri nəticə etibarilə ikitəfli əlaqələrimizin səviyyəsinin daha da yüksəlməsi mənafeyinə xidmət göstərmişdir. Bunun sayəsində ticarət, sərmayə qoyuluşu, iqtisadiyyat, qanunvericilik və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün olduqca vacib hüquqi-normativ baza formalaşmışdır. Təkcə bircə faktı qeyd edək ki, 2013-cü ildən indiyədək Avropa İttifaqının Azərbaycana birbaşa xarici investisiyaları 4.7 milyard avroya çatmışdır. Yaxın perspektivdə yeni nəsil əməkdaşlıq sənədi hesab olunan hərtərəfli “Strateji Tərəfdaşlıq Sazişi”nin imzalanması gözlənilir. Nəticədə, Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksələcəyi şübhə doğurmur. Heç kəsə sirr deyildir ki, Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalamışdır. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında yeni və alternativ enerji mənbəyi statusuna yuksəlmişdir. Avropanın dəyəri 40 milyard dollar olmaqla meqa layihəsi hesab edilən “Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı və təchizatçısı məhz Azərbaycan Respublikasıdır. Başqa sözlə, həm Azərbaycan, həm də Avropa İttifaqı bir-birinin qarşılıqlı maraq dairəsində olan strateji tərafdaşdırlar.

Bununla yanaşı, təəssüf hissi ilə qeyd edirik ki, təşkilat çərçivəsində qarşılıqlı münasibətlərimizin bugünkü artan dinamikasına və daha yüksək perspektivlərinə xələl gətirmək, ziyan vurmaq istəyən müəyyən siyasi dairələr də yox deyildir. Həmin dairələr ilk növbədə beynəlxalq hüququn dövlətlərin daxili işlərinə qarışmamaq kimi fundamental prinsipinə məhəl qoymur, ölkəmizə qarşı münasibətlərimizn səviyyəsinə yaraşmayan və ona zərbə vuran bir davranış ortaya qoyurlar. Həmin dairələr arasında Avropa Parlamenti ənənəvi olaraq neqativ fəallığı ilə seçilə bilmişdir. Xüsusilə, 2015-ci ildə Avropa Parlamentinin Azərbaycana qarşı məhz ikili standartlardan qaynaqlanan qərəzli və qeyri-obyektiv mövqeyi bir il müddətində əlaqələrimizin kəsilməsinə səbəb olmuşdu. 2016-ci ilin payızından başlayaraq münasibətlərin bərpa olunması prosesi Prezident İlham Əliyevin Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini kəskin tənqid etdikdən və qarşı tərəfin öz səhvlərini başa düşdüklərini və onlardan nəticə çıxaracaqlarını etiraf etdikdən sonra baş tutdu.

Görünür, Avropa İttifaqının tərkibində bu reallıqla barışmayan anti-Azərbaycan siyasi qruplaşmalar məqam axtarır və ya onu süni olaraq yetişdirirlər ki, ölkəmizə qarşı təzyiq elementlərini işə salsınlar. Onların qərəzli canfəşanlığı radikal müxalifətin 19 oktyabr tarixində Bakının mərkəzində - “28 may” metrostansiyası ətrafında keçirməyə cəhd göstərdiyi qeyri-qanuni aksiyaya verdiyi reaksiyada da özünü biruzə verdi.

Radikal kəsimin bu antikonstitusion aksiyası öz məntiqi sonluğuna-fiaskoya uğrasa da, Avropa İttifaqının bir sıra təmsilçilərinin müəmmalı davaranışı haqlı olaraq çoxsaylı suallar doğurdu. Xüsusilə, guya ki, polisin mitinq iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiq etməsi və s. bu kimi ittihamlar həqiqəti nəinki əks etdirmir, həm də heç bir tənqidə dözmür. Maraqlıdır, Avropa İttifaqı nəyə görə öz burnunun ucunda-İspaniyada, Kataloniyada polisin nümayiş iştirakçılarına qarşı şiddətli davranışı və qeyri-adekvat güc tətbiq edərək dinc əhaliyə qarşı rezin güllələrdən istifadə etməsi kimi hallara göz yumur? Hansı səbəbdən Avropa İttifaqı Fransada “Sarı jiletlilər” hərəkatında 11 nəfər dinc vətəndaşın polis tərəfindən qətli və onlara qarşı amansız davranışa görə rəsmi Parisə öz etirazını bildirmir? Bu nə selektiv yanaşmadır? Bu nə “ikili standart”lardır?

Radikal müxalifət 2 noyabr tarixində “19 oktyabr ssenarisi”ni təkrarlamaq istəyindədir. Bakı şəhər İcra Hakimiyyəti onların mitinqi üçün icazə vermişdir. Bakı şəhərinin ərazi baxımından 51%-ni təkil edən, yəni ən böyük rayonu ərazisində-Qaradağda müvafiq yer ayırmışdır. Radikallar yenə qanunun imkan vermədiyi ərazidə mitinq keçirməkdə israrlıdırlar. Bu, davranışın bir adı vardır - TƏXRİBAT! Onlar polisin ictimai asayişin keşiyində dayanıb, radikal kəsimin qanunazidd addımlarına imkan verməyəcəklərinə 100% əmindirlər. Deməli, onlara iğtişaş, toqquşma, qarşıdurma mühiti lazımdır. Sonra isə dünyaya car çəksinlər ki, “Vaveyla, azadlığımız əldən getdi. Bizə kömək edin!” Onlar üçün “azadlıq” xaos və anarxiya sözlərinin sinonimi statusuna enmişdir. Özü-özlüyündə böyük bəşəri dəyəri hifz edən “Azadlıq” ifadəsi, hakimiyyət hərisi olan radikal müxalifətin davranışında cılızlaşdırılmış, kiçilmiş və aşağılanmışdır.

Təəssüf... Hələ bu az imiş kimi, radikal müxalifətin vahid lideri olmaq arzusu ilə alışıb-yanan Əli Kərimli oktyabrln 29-da, yəni növbəti qeyri-qanunu aksiyaları öncəsi Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas ilə görüşüb ondan xeyir-dua aldığı ilə bağlı “ağ yalanı”nı tirajlayır. Bununla bağlı öz "feysbuk" səhifəsində iddia edir ki, Avropa İttifaqı hesab edir ki, aksiyanın dağıdılması və iştirakçıların saxlanılması üçün aşırı gücdən istifadə edildiyi haqda məlumatlar araşdırılmalıdır. Onun iddiasına görə, Avropa İttifaqı həmçinin hakimiyyəti həbs olunan dinc etirazçıları azad etməyə çağırır.

Ən son məlumata görə, bu gün, oktyabrın 31-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Əli Kərimlinin yaydığı saxta məlumatları təkzib edən bir bəyanat vermişdir. Bəyantda xüsusi olaraq vurğulanır ki, “Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi bəzi KİV-lərin Aİ səfirinin Bakı küçələrindəki iğtişaşları dəstəkləməsiylə bağlı iddialarını tamamilə rədd edir. Azərbaycan Aİ-nin mühüm tərəfdaşı, "Şərq Tərəfdaşlığı" proqramının üzvü, eləcə də energetika sahəsində strateji tərəfdaşıdır. Aİ həmçinin Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Tərəfdaşlığımızı inkişaf etdirmək və insan hüquqları da daxil olmaqla, çox sayda mövzunu əhatə edən yeni hərtərəfli Saziş vasitəsi ilə əməkdaşlığımızı genişləndirmək üçün birgə çalışırıq".

Qeyd olunur ki, Aİ Azərbaycanın islahatlar proqramını dəstəkləməyə davam edir: "Aİ həm neft, həm də qeyri-neft sektorlarında Azərbaycanın ilk ticarət tərəfdaşı və investordur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramını dəstəkləyirik, o cümlədən, təhsil və regional inkişafa dəstək verməklə bunu edirik".

Necə deyərlər, Əli Kərimlinin yalanı bir el misalında deyildiyi kimi, heç 40 gün çəkmədi ki, ifşa olundu.

Elman Nəsirov
Milli Məclisin deputatı, politoloq

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb
Milyarderlər sıralamasında İlon Mask Baffetti ötdü
Milyarderlər sıralamasında İlon Mask Baffetti ötdü
Bank VTB-nin (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Bank VTB-nin (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Loading Bars
Xəbər lenti
XİN Hafiz Paşayevə həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib
AQTA daha 74 obyektdə pozuntular aşkarlayıb (FOTO)
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib
Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb (VİDEO)
Rəşad Mahmudov: Koronavirusa yoluxan həkim Teymur Cəfərov EKMO cihazına qoşulub
Yevlaxda qanunsuz fəaliyyət göstərən kafe aşkar edilib
Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub
SOCAR "Cənub Qaz Dəhlizi"nə investisiya həcmini açıqlayıb
Ağcabədi sakinindən tüfəng və marixuana götürülüb (FOTO)
Güclü yağış Gəncədə bir sıra fəsadlar törədib (FOTO)
Sevil Mikayılova: Bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib
Paytaxtda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir (FOTO)
Ceyhun Məmmədov: 166 ölkə arasında Azərbaycanın 54-cü pillədə qərarlaşması ölkəmiz üçün böyük uğurdur
Sumqayıtda küllü miqdarda patron aşkar edilib (FOTO)
Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarında COVID-19 aşkarlanmayıb
Gürcüstanın paytaxtında partlayış baş verib
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb
Qazaxda tank əleyhinə raket tapılıb (FOTO)
Vüsal Qasımlı: Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır
Çinin şimalında zəlzələ baş verib
Atəşkəs rejimi 43 dəfə pozulub
Qırğızıstanda zəlzələ baş verib
ABŞ-da baş verən atışmada 2 polis əməkdaşı həlak olub
Bir qrup rusiyalı həkim pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana gəlir
Şirvanda yanğın olub
Məşhur hindistanlı aktyor koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Qazaxda hərbi təyinatı olmayan metal əşya tapılıb
ABŞ-da sutkada 71 mindən çox insan koronavirusa yoluxub
Binəqədidə yaşayış binasında yanğın olub
İranda yaşayış binasında qaz partlayıb
FHN: Yağış sularının dolduğu ərazilərdə təxirəsalınmaz tədbirlər həyata keçirilir
Moskvada koronavirusdan daha 27 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 193 min nəfəri ötüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 219 mindən çox artıb
213 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Ananı məqsədlərinə alət edən qardaşlar: Emin və Mehman Hüseynovlar nəyi demək istəmirlər? - TƏFƏRRÜATLAR (VİDEO)
Abşeronda avtomobil yanıb
DİN, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyi keçirdikləri birgə əməliyyatla bağlı məlumat yaydı (VİDEO)
Nepalda sel və torpaq sürüşməsi qurbanlarının sayı 40-a çatıb
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
Azərbaycan XİN: Ermənistan rəhbərliyi apardıqları siyasətə görə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar
Çində zavodda partlayış baş verib
Baş Nazir bağlanan 3 bankla bağlı Konstitusiya Məhkəməsinə sorğu gondərdi
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək
BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub
Pendirin orqanizmə faydaları və təhlükələri
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu (VİDEO)
Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirusdan sağalan 90 yaşlı nənə - Onu siz də tanıyın (VİDEO)
Bağ evində narkotik əkib-becərən keçmiş məhkum saxlanılıb (FOTO)
Nazirlik verilən 190 manata qarpız alaraq parçalayan şəxslə bağlı məsələyə münasibət bildirdi
ABŞ-da 66 mindən çox yoluxma qeydə alındı
Prokurorluq Ucar sakininin döyülərək öldürülməsi ilə bağlı məlumat yayıb
Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi
AzMİU-nun magistratura səviyyəsinə onlayn qeydiyyat davam edir
Xızıda körpünün altından 13 ədəd zenit top mərmisi və patronlar tapıldı (FOTO)
Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub - Bəhruz Quliyev
Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü
Cəlilabadda karantini pozan 6 obyekt aşkarlanıb
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir
Azər Badamov: Azərbaycan BMT-nin hesabatında tutduğu mövqeyinə görə regional liderdir
Şəkidə təkrar qarğıdalı əkini aparılır (FOTO)
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib i(FOTO)
Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb (VİDEO)
AzMİU tələbələri Şuşanın memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar (FOTO)
Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Baş Nazir kolleclərlə bağlı qərar imzalayıb
Brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb
Gəncədə xəstəxananın hasarının uçması qaz xəttini yararsız hala salıb (FOTO)
Bakıda küçə və yollarda son vəziyyət (FOTO)
AQTA reyd keçirib: 73 obyektdə qayda pozuntusu aşkarlanıb (FOTO)
İran Xəzərdə kilkə ovuna başlayıb
Vladimir Nikiforov: Azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib (VİDEO)
Kamaləddin Qafarov: Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə həmişə fəal mövqeyi, bu sahədə digər ölkələrlə konkret həmrəyliyi ilə fərqlənib
İranda koronavirusa yoluxanların sayı 255 mini keçib
ABŞ-da 8 min məhbus azad ediləcək
Özünüməşğulluq proqramının 200-dən çox iştirakçısına kiçik bizneslərini qurmaq üçün aktivlər verilib
Naqif Həmzəyev: Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur
Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil, eyni zamanda bir sıra digər inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir - Deputat
Sabah 35 dərəcəyədək isti olacaq
Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq
STP-nin Bəyanatı: STP-nin Baş direktoru öz xahişi ilə işdən azad olunub
Nepalda daşqın və torpaq sürüşməsi - Onlarla ölü
Samuxda qadının evindən pul və qızıl oğurlayanlar saxlanılıb (FOTO)
Rusiyalı həkim Aleksandr Averyanov: İri şəhərin yarısı eyni anda xəstələnsə, heç bir səhiyyə sistemi buna tab gətirməz
Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub
Türk Hava Yolları Azərbaycana uçuşları artırdı
Rusiyalı həkim: Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi heyranlıq doğurur (VİDEO)
Rusiyada daha 6 611 nəfər koronavirusa yoluxdu
UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir
Gürcüstanda olan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir
Koronavirusa yoluxan jurnalist Aynur Nəsirova sağalıb
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Kürdə batan şəxslərdən birinin meyiti tapılıb, digəri axtarılır
Bütün xəbərlər