Azərbaycan, Bakı, 22 may /Trend/
"Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda rəsmi fan klubu "Light your fire" şüarı altında növbəti aksiya keçirib.
Trend-in eurovision.az saytına istinadən verdiyi məlumata görə, Eurovision mahnı müsabiqəsinin yüzlərlə fanatı bu şüar altında bir araya gələrək, yanan fənərləri səmaya uçurub.
Mayın 22-də keçiriləcək birinci yarımfinal konsertinin şərəfinə yüzlərlə yanan fənər Xəzərin üzərində səmaya uçurulub.