...

Bu gün "Eurovision 2012"-nin II yarımfinal iştirakçılarının əsas məşqi keçiriləcək

Eurovision-2012 Materials 23 May 2012 17:19 (UTC +04:00)
Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin ikinci yarımfinal şousunda yarışacaq daha 18 ölkə təmsilçisinin geyim və əsas məşqi keçiriləcək.
Bu gün "Eurovision 2012"-nin II yarımfinal iştirakçılarının əsas məşqi keçiriləcək

Azərbaycan, Bakı, 23 may /Trend/

Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin ikinci yarımfinal şousunda yarışacaq daha 18 ölkə təmsilçisinin geyim və əsas məşqi keçiriləcək.

Trend eurovision.az saytına istinadən məlumat verir ki, şou iştirakçılarının mətbuat nümayəndələri üçün geyim məşqi saat 18:00-da başlayacaq.

Tamaşaçıların iştirakı ilə əsas məşq konserti saat 00.00-da olacaq.

18 ölkə təmsilçisinin "Bakı Kristal Zalı"nın səhnəsinə çıxma ardıcıllığı belədir:

01. Serbiya - Zeljko Joksimoviç ("Nije ljubav stvar")
02. Makedoniya - Kaliopi ("Crno E Belo")
03. Niderland - Joan Franka ("You And Me")
04. Malta - Kurt Kalleya ("This Is The Night")
05. Belarus - "Litesound" ("We Are The Heroes")
06. Portuqaliya - Filipa Souza ("Vida Minha")
07. Ukrayna - Qaytana ("Be My Guest")
08. Bolqarıstan - Sofi Marinova ("Love Unlimited")
09. Sloveniya - Eva Boto ("Verjamem")
10. Xorvatiya - Nina Badriç ("Nebo")
11. İsveç - Loreen ("Euphoria")
12. Gürcüstan - Anri Coxadze ("I'm A Joker")
13. Türkiyə - Can Bonomo ("Love Me Back")
14. Estoniya - Ott Lepland ("Kuula")
15. Slovakiya - Max Jason ("Mai Don't Close Your Eyes")
16. Norveç - Tooji ("Stay")
17. Bosniya və Herseqovina - Maya Sar ("Korake Ti Znam")
18. Litva - Donny Montell ("Love Is Blind")

Xəbər lenti

Xəbər lenti