...

Eurovision 2012-nin interval şousunda səhnədə "Məşəlini alovlandır" şüarı canlandırılacaq

Eurovision-2012 Materials 26 May 2012 09:55 (UTC +04:00)
Eurovision 2012-nin interval şousunda səhnədə "Məşəlini alovlandır" şüarı canlandırılacaq.
Eurovision 2012-nin interval şousunda səhnədə "Məşəlini alovlandır" şüarı canlandırılacaq

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/

Eurovision 2012-nin interval şousunda səhnədə "Məşəlini alovlandır" şüarı canlandırılacaq.

Trend şənbə günü müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Eurovision Mahnı Müsabiqəsi 2012-nin final mərhələsinin interval şousu yarışmanın "Məşəlini alovlandır" şüarını Azərbaycan mədəniyyətinin keçmişi, bu günü və sabahının sintezi ilə səhnədə canlandırır.

Bu şou tamaşaçılara dünyada məşhur olan Azərbaycanlı müğənni-bəstəkar Eminin təqdimatında çatdırılacaq. Onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı müşaiyət edəcək.

Şou Azərbaycanın qədim musiqi aləti balabanın səsi ilə başlayır. Bu performans skripkaçıların ifası ilə davam edir, daha sonra isə nağara çalanlar şouya qoşulur. Ardınca səhnədə alov püskürür. Bu isə möhtəşəm bir görüntü yaradır. Elə bu zaman Emin 20 metr hündürlükdən səhnəyə enir və "Never Enough" mahnısını ifa edir.

Bu gün final mərhələsinin məşqində çıxış edən Emin performansının sonunda səhnədə Azərbaycan bayrağını qaldırıb.

Xəbər lenti

Xəbər lenti