...

Güney Azərbaycan milli hərəkat fəalı Abbas Lisaniyə qarşı yeni ittihamlar irəli sürülüb

Dünya xəbərləri Materials 24 Sentyabr 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ Güney Azərbaycan milli hərəkatının həbsdə olan lideri Abbas Lisaniyə qarşı İran hakimiyyəti tərəfindən yeni ittihamlar irəli sürülüb.

Lisani 2005-ci ildə Babək qalasına yürüşdə həbsə olunub və "hakimiyyət əleyhinə təbliğat aparmaqda", "milli təhlükəsizliyi pozmaqda" ittiham edilərək ,30 ay həbs cəzasına məhkum olunub.

Lisaninin həyat yoldaşı Rüqəyyə Lisani bazar ertəsi Ərdəbil şəhərindən telefonla Trend - ə bildirib ki, artıq 15 ay həbsdə yatmış Lisaniyə qarşı yeni ittihamlar irəli sürülüb.

2006-ci il mayın 29-da Ərdəbildə milli fəalların keçirdiyi aksiyada xəsarət almış polis qüvvələrinin şikayətində A.Lisani xəsarətə səbəb olmuş şəxs kimi günahlandırılaraq, 3200 dollar məbləğində cərimələnib. Xanım Lisani bildirib ki, həyat yoldaşı sentyabrın 22-də yenidən milli təhlükəsizliyi pozmaq ittihamı ilə Təbrizin 113-cü İnqilab məhkəməsinə çağırılıb.

Abbas Lisani 15 aydır ki, Ərdəbil həbsxanasında saxlanılır.

Qeyri-rəsmi məlumatlara görə, İranda 35 milyon yerli azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti