...

Gürcüstanın MSK sədri azərbaycanlı əhalinin məskunlaşdığı Marneuli və Qardabani rayonlarının seçki komissiyalarının üzvləri ilə görüşəcək

Dünya xəbərləri Materials 31 Oktyabr 2007 13:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N. Kirtsxalia / Mərkzi Seçki Komissiyasının sədri Levan Tarxnişvili oktyabrın 31-də Gürcüstanın azərbaycanlı əhalinin məskundaşdığı Marneuli və Qardabani rayonlarının seçki komissiyalarının üzvləri ilə görüşəcək. MSK-dan verilən məlumata görə, Tbilisi vaxtı ilə saat 12:00-da Tarxnişvili Maneuli dairə seçki komissiyasının üzvləri, 15:00-da isə Qardabani rayonunun seçki komissiyasının üzvləri ilə görüşəcək.

Görüşdə "Ev-bə-ev yoxlama" proqramına dair suallar müzakirə olunacaq. Bu proqramm çərçivəsində seçki siyahılarının dəqiqləşdirilməsi məqsədilə əhalinin ev-bə-ev yoxlanılması həyata keçirilir. Gələcək prezident və parlament seçkilərində Azərbaycan dilində xüsusi bülletenlər hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti