...

Levan Qeçeçiladze "gürcü dövlətinin" yaradılması proqramını təqdim edib

Dünya xəbərləri Materials 4 Dekabr 2007 07:30 (UTC +04:00)

Gürcüstan, Tiflis müxbir Trend N.Kirçxaliya/ Gürcüstanı Avropa tipli parlament respublikasına çevirmək niyyətini prezidentliyə namizədlyini Bütöv müxalifətdən irəli sürmüş Levan Qeçeçiladze bildirib. "Bizim məqsədimiz və seçimimiz - Milli adət-ənənəyə güvənən müasir, zəngin gürcü avropa demokratiası olan ölkənin yaradılmasıdır", - "Bizim Gürcüstanla münasibətimiz" proqramını təqdim edərkən Tbilisi ədəbiyyat institunda Qeçeladze bildirib.

"Biz hakimyyətə doğru gedirik ki, onu xalqa qaytaraq", - deyə Qeçeladze bildirib. Onun sözlərinə görə xalqın inamını o hakimiyyət qazancaq ki, o, özü xalqa inanır.

Qeçeçiladzenin sözlərinə görə, "güclü prezident" özünü doğrultmadı və ona görə Konstitusiyanı dəişdirmək və parlament respublikasını tədbiq etmək lazımdır.

"Biz güclü, azad insanlardat ibarət dövlət yaratmağa çalışırıq. Bu bizim Gürcüstan olacaq nə Rusiya meyilli nə də Amerika meyilli olacaq", - prezidentliyə namizəd deyib.

Birləşmiş müxalifətdən namizəd Qeçeçiladze, Gürcü pravoslav kilsəsinin əsas rolundan danışıb.

İqtisadi inkişafla bağlı Qeçeçiladze, Tailandın, Çinin və Sinqapurun inkişafı ideyasından əl çəkdiyini bildirib və onların ucuz məhsulun üzərində qurulduğunu deyib.

Prioritet sıralarında ordunun, enerji müstəqilliyinin və ekoloji təmizliyinin olmasıdır.

O, bir həftə ərzində "200 gün" şərti adı altında proqramın təqdim edəcəyini bildirib və orada konkret addımların öz əksini tapacağını da deyib.

Xəbər lenti

Xəbər lenti