...

Gürcüstanda bülletenlər beş dildə çap olunacaq – MSK sədri

Dünya xəbərləri Materials 7 Dekabr 2007 17:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanda prezident seçkisi üçün bülletenlər beş dildə, o cümlədən Azərbaycan dilində çap olunacaq. Bu barədə cümə günü Gürcüstanın Xalq Müdafiəçisi yanında Din Şurası üzvlərin ilə görüş zamanı MSK sədri Levan Tarxnişvili məlumat verib.

Onun sözlərinə görə, bülletenlər gürcü, erməni, rus və osetin dillərində də çap olunacaq.

"Gürcüstanın qeyri-gürcü millətindən olan istənilən vətəndaşı prezident seçkisində tam olaraq iştirak imkanı əldə edəcək" - deyə Tarxnişvili bildirib.

O vurğulayıb ki, onun bu günkü görüşündə əsas məqsəd milli azlıqların nümayəndələrini MSK-nın seçkilərə hazırlığı ilə tanış etməkdir.

Tarxnişvili MSK-nın işini müsbət qiymətləndirib. "Bizim üçün əsas odur ki, prezident seçkisində iştirak zamanı bütün milli azlıqların nümayəndələri gürcülər kimi bərabər hüqüq əldə etsinlər" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti