...

Gürcüstan prezidenti Gela Bejuaşviliyə müasir informasiya kəşfiyyat xüsusi xidmətinin yaradılmasını tapşırıb

Dünya xəbərləri Materials 1 Fevral 2008 19:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 fevral / Trend , müxbir. N.Kirtsxaliya / Gürcüstan prezidenti Mixail Saakaşvili keçmiş xarici işlər naziri Gela Bejuaşviliyə informasiyakəşfiyyatı xüsusi xidmətinin formalaşdırmasını tapşırıb. O, bu tapşırığı keçmiş nazirə cümə günü yeni XİN başcısı David Bakradzenin təqdimat mərasimində verib. Mərasimdə xarici siyasət idarəsinin keçmiş başçısı da olub.

Prezidentin sözlərinə görə, keçmiş departament yeni xidmətə çevrilir və funksiyaları genişlənir. "Bejuaşvili iki il ərzində bizim ölkənin xarici siyasətində çox şeyi dəyişib. Mən əminəm ki, o, yeni xidmətin yaradılmasında layiqincə və öz işini bilərək çalışacaq", - o deyib.

"Mən həmin vaxtları xatırlayıram, bizim ordumuz yox idi, lakin 30 generalımız vardı və onda Gela (Bejuaşvili) müdafiə naziri vəzifəsində işi elə təşkil etdi ki, bu gün bizim müasir və formalaşmış hərbi qüvvəmizyə malikik", - Saakaşvili deyib.

Xəbər lenti

Xəbər lenti