...

Türkiyədə meşə yanğı ilə əlaqədar ətraf kəndlər boşaldılıb

Dünya xəbərləri Materials 8 İyul 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin Mersin bölgəsinin Gülnar rayonunda dünəndən başlayan və hazırda da davam edən meşə yanğını təxminən 400 hektar ərazini əhatə edib. Bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat yayıb.

Yanğınla əlaqədar bölgədə ətraf 7 kənd və Böyükecəli şəhərciyi boşaldılıb. Yanğının dənizə doğru irəlilədiyini bildirən rayon icra başçısı Mehmet Yıldırım bildirib ki, yanğında iki nəfər həlak olub, 40 nəfər yaralı xəstəxanalara çatdırılıb. İlkin məlumatlara görə, 400 hektarlıq meşə sahəsinə ziyan dəyib. Yıldırım bildirib ki, yanğınla əlaqədar Dəlikqaya, Kavakoluğu, Korucuk, Təpəköy, Çavuşlar, Koçaşlı və Lapa kəndləri, Böyükecəli şəhərinin əhalisi köçürülüb.

Türkiyənin Ətraf Mühit və Meşə Nazirliyinin çərşənbə axşamı verilən açıqlamasında bildirilib ki, ölkədə1983 - cü ildən bəri 47 min meşə yanğını baş verib, bu yanğınlarda ümumilikdə 296 min hektar meşə ərazisi yanıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti