...

Aİ və ATƏT Gürcüstanda atəşin təcili dayandırılmasını tələb edir

Dünya xəbərləri Materials 11 Avqust 2008 14:24 (UTC +04:00)
Aİ və ATƏT Gürcüstanda atəşin təcili dayandırılmasını tələb edir

Gürcüstan, Tbilisi, 11 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Hazırkı mərhələdə Gürcüstan ərazisində atəş və bombardman təcili dayandırılmalıdır. Bu barədə bu gün Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili Fransa və Finlanidya Xarici İşlər nazirliklərinin başçıları Bernar Kuşner və Aleksandr Stubbla görüşündən sonra deyib.

Tkeşelaşvilinin dediyinə görə, o, hazırda müvafiq olaraq Aİ və ATƏT-ə başçılıq edən Fransa və Finlandiyanın birinci diplomatlarına Gürcüstandakı vəziyyət haqqında ətraflı hesabat təqdim edib.

"Hər iki münaqişə tərəfinin ağrılı qəbul edə biləcəyi məsələləri siyasi dialoq çərçivəsində həll etmək üçün ərazimizdə sülh bərqərar olmalıdır", - Tkeşelaşvili qeyd edib.

O, "güclü beynəlxalq reaksiyanın Gürcüstandakı müharibəni dayandırmağa imkan verəcəyinə" ümid etdiyini bildirib.

Fransalı nazirin qeyd etdiyinə görə, o, Gürcüstandakı vəziyyətlə tanış olmaq üçün gəlib və prezident Mixail Saakaşviliyə böhranın həll edilməsi üzrə üçmərhələli plan təqdim edib. "Biz vəziyyətlə yerində tanış olduq, Gürcüstan prezidentinə təkliflərimizi verdik və cavabı gözləyirik. Cavabı gözləyən ərəfədə, qaçqınlara baş çəkəcəyik, daha sonra isə Moskvada Lavrov və Putinlə görüşəcəyik", - o deyib.

Stubbun bildirdiyinə görə, əsas vəzifə - atəşin təcili dayandırılmasıdır.

Xəbər lenti

Xəbər lenti