İsrail, Qüds, 11 avqust/ Trend , müxbir R.Abdullayev/Hərbi ekspertlər qeyd edirlər ki, bu həftə əlavə üç zərbə qrupunun Fars körfəzinə gözlənilən gəlişi, İran sahillərindən bilavasitə yaxınlıqdakı Amerika donanmalarının sayını beşədək artıracaq, - MIGNEWS agentliyi xəbər verir.
Birinci zərbə qrupuna Theodore Roosevelt aviadaşıyıcısı, ikinciyə Ronald Reagan aviadaşıyıcısı, üçüncüyə Iwo Jima aviadaşıyıcısı başçılıq edir.
Amerika hərbi dəniz qüvvələrinin körfəzdə cəmləşməsi 2003 - cü ildə İraqla müharibə başladığı vaxtdan indiyədək presedentsizdir. Cari ilin sonuna körfəzdə təqribən 40 Amerika aviadaşıyıcısı, kreyseri və sualtı qayıqları olacaq - onların bəzilərinin göyərtəsində nüvə silahı var.
İsrailin DEBKA portalının ekspertlərinin rəyinə görə, amerikalıların məqsədi İranın dəniz sərhədlərinin mümkün blokadasına hazırlığın başa çatdırılmasıdır. Tehran ölkədə istehlak edilən yanacağın təqribən 40 faizini Fars körfəzi vasitəsilə alır. İran artıq dünya dövlətlərinin ölkənin nüvə proqramının məhdudlaşdırılması barədə təkliflərindən imtina edib ki, bu da onlara iqtisadi sanksiyalar rejimini sərtləşdirmək və qismən dəniz blokadasını tətbiq etməkdən başqa seçim saxlamır. ABŞ hərbi dəniz qüvvələrinin körfəzdə cəmləşdirilməsi iranlıların mümkün blokadanı yarmaq cəhdlərinin qarşısını almalıdır. Digər məqsəd İranın nüvə obyektlərinə qarşı yönəlmiş İsrail aksiyasının dəstəklənməsi ola bilər.Qafqazda baş verən hadisələr siyasətçi və ictimaiyyətinin diqqətini Yaxın Şərqdə baş verənlərdən ayırsa da, uzunmüddətli planlaşdırma və ehtiyatların yenidən paylaşdırlmasını tələb edən Amerika əməliyyatını dayandıra bilməz.