Gürcüstan, Tbilisi, 15 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin sədri David Bakradze ABŞ-ın Dövlət Katibi Kondoliza Raysın Gürcüstana bu gün nəzərdə tutulan səfərini "olduqca mühüm" adlandırıb. "Bu, ABŞ-ın Gürcüstana münasibətdə Rusiya işğalının dayandırılması istiqamətdə apardığı siyasətin bir hissəsidir", - deyə spiker jurnalistlərə bildirib.
Rays bir gün əvvəl Parisdə Fransa prezidenti Nikolya Sarkozi ilə görüşüb və Gürcüstandakı vəziyyətin nizamlanması üzrə Fransa planını müzakirə edib. Bu gün o, Rusiyaya səfər edəcək, sonra isə Tbilisiyə gələcək.
"ABŞ diplomatik səylər və Gürcüstana yardımın göstərilməsi üzrə humanitar əməliyyatların həyata keçirilməsini təklif edir və bu vəziyyətdə səfərin əhəmiyyətini qiymətləndirmək çətindir", - deyə Bakradze bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend