Türkiyə, Ankara, 16 avqust / Trend , müxbir T.Əliyev/ Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğanın Bakıya səfəri avqustun 23-ə planlaşdırılır. Bu barədə Trend -a Ankaradakı diplomatik mənbələrdən məlumat verilib.
Rəcəb Tayib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşərək, Gürcüstanda son günlər baş verən hadisələrdən sonra bölgədə yaranmış vəziyyət, həmçinin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etməsi gözlənilir.
Görüşdə Ərdoğanın їQafqazda sabitlikї təşəbbüsü ilə bağlı fikir mübadiləsi aparılacaq. Türkiyənin Baş naziri ötən günlərdə həmin məsələləri Moskvada Rusiya prezidenti Dmitri Medvedev, Baş nazir Vladimir Putinlə, Tbilsidə isə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə müzakirə edib.