...

Gürcüstan sakinləri BMT-dəki daimi nümayəndənin və prezidentin ölkənin ağır dönəmlərindəki fəaliyyətini daha çox bəyəniblər

Dünya xəbərləri Materials 8 Sentyabr 2008 12:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın BMT-dəki daimi nümayəndəsi İrakli Alasaniya son zamanlar göstərdiyi fəaliyyətinə görə, (Rusiya hərbçilərinin Gürcüstandakı vəziyyətə müdaxiləsi zamanı və ondan sonra) daha çox müsbət qiymətə layiqdir. Həftəlik "Kviris palitra" (Həftənin palitrası) tərəfindən sorğulanan 470 respondentin böyük hissəsi belə hesab edir.

Gürcüstan prezidenti Mixail Saakaşvili reytinq səsverməsində ikinci yerə çıxıb. Parlamentin sədri David Bakradze isə müsbət qiymətləndirmə üzrə üçüncü yerdə qərarlaşıb.

Qaçqınların yerləşdirilmə məsələləri ilə məşğul olan deputat Koba Subeliani və xarici işlər naziri Yekaterina Tkeşelaşvili də ilk beşliyə daxil olublar.

Müdafiə naziri David Kezeraşvili, Tbilisi meri Qigi Uqulava, reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvilinin bu dövr ərzindəki fəaliyyətlərinə daha az rəğbət bəslənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti