Azı 43 adam Çinin cənubunda yerləşən gecə klublarının birində baş verən yanğın nəticəsində həlak olub. Frans Press agentliyinin Sinxua agentliyinə istinadən yaydığı xəbərə görə, hadisə zamanı 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yanğın Quandun vilayətinin Şençjen şəhərinin gecə klubunda şənbə günü Bakı vaxtı ilə təxminən saat 20.00-da başlayıb.
RİA Novosti agentliyinin yaydığı xəbərə görə, hadisənin digər detalları barədə hələlik heç bir məlumat yoxdur.