Serbiya höküməti cümə axşamı günü növbəti iclasında bir qədər əvvəl Kosovonun müstəqillyini tanınyan ölkələrdən çağrılmış səfirlərini geriyə qaytarır, RİA Novosti hökümətin mətbuat xidmətinə istinadən məlumat verir.
"Bununla yanaşı, suverenliyin və dövlətimizin ərazi bütövlüyünün saxlanılması istiqamətində diplomatik fəallıq davam etdiriləcək", məlumatda bildirilir.
Serb höküməti belə qərarı iyulun sonunda da qəbul etmişdir, lakin onda söhbət, səfirlərin yalnız Kosovonun müstəqilliyini tanıyan Avropa İttifaqı ölkələrinə qaytarılmasından gedirdi.
Beləliklə, hökümət BMT-nın Baş Assambleyasında keçirilən səsverməni nəzərə alan Serb XİN-nin təşəbbüsünə cavab verdi.
Kosovo hakimiyəti fevral ayının 17-də birtərəfli olaraq Serbiyadan ayrıldı. Hal hazırda Kosovonun müstəqilliyini BMT-nin üzvü olan 192 ölkədən 48 tanıdı.