...

Tehran Dəməşqlə əlaqələrini möhkəmləndirir

Dünya xəbərləri Materials 3 Noyabr 2008 20:43 (UTC +04:00)

İranın xarici işlər naziri Mənuçöhr Möttəki bazar günü noyabrın 3-də birgünlük səfərlə Dəməşqə gəlib, - Ynet agentliyi xəbər verir.

İranın xarici işlər naziri Suriya rejiminin yüksək vəzifəli şəxsləri ilə görüşmək və iki ölkə arasında münasibətləri müzakirə etmək niyyətindədir. Möttəkinin prezident Bəşər Əsəd və vitse-prezident Faruk əş-Şəra,  həmkarı, xarici işlər naziri Vəlid əl-Müəllimlə görüşəcək.

Ehtimala görə, tərəflər ötən həftə Amerikan HHQ-nin Suriyaya hücumu ilə əlaqədar bu məsələ üzrə vahid mövqe işləmək niyyətindədir.

Şahidlərin sözlərinə görə, ABŞ- ın dörd vertolyotunun Əbu - Kamal rayonuna (Suriya - İraq sərhədi) reydi zamanı onlardan ikisi bu yaşayış məntəqəsindəki binanı atəşə tutub, digər ikisindən Amerika desantı düşüb və evdəki insanları məhv edib. Görünür? bu reyd anti - terror əməliyyatının nəticəsi olub.

Rəsmi Dəməşq Amerikanın Suriyaya hücumunu iyrənc cinayət adlandırıb və bəyan edib ki, analoji cavab hüququnu özündə saxlayır.

Xəbər lenti

Xəbər lenti