...

Uqo Çaves G20-yə alternativ sammit çağırır

Dünya xəbərləri Materials 15 Noyabr 2008 11:06 (UTC +04:00)
Uqo Çaves G20-yə alternativ sammit çağırır

Venesuela Vaşinqtondakı "iyirmilərin" iqtisadi sammitinə qarşı Karakasda Amerikanın Bolivariana təşəbbüsçüsü, eyni zamanda "Petrokarib" sazişinə üzv ölkə rəhbərlərinin görüşünü keçirməyi planlaşdırır, - Meksika KİV-ləri xəbər yayıb.

"Biz maliyyə böhranının qarşısını ala biləcək qərar qəbul etmək üçün Kakarasda kiçik ölkə rəhbərlərinin görüşünü keçirəcəyik. Artıq Boliviya prezidenti Evo Morales və Nikaraqua prezidenti Daniel Orteqa bu tədbirə dəvət olunublar", - ölkə başçısı Çaves Venesuela Vahid Sosialist Partiyasının (VVSP) seçkiöncəsi mitinqində bəyan edib.

Çaves bildirib ki, ölkə rəhbərlərinin görüşündə Kubanın, Dominikin, Qondurasın və Mərkəzi Asiyanın və Karib hövzəsinin "Petrokarib" sazişinə daxil olan 18 dövlətinin nümayəndələri iştirak edəcəklər. Venesuela bu ölkələrə güzəştli qiymətlərlə neft nəql edir, - RİA Novosti bildirir.

Amma Venesuela prezidenti alternativ sammitin keçiriləcəyi vaxt barədə heç nə deməyib.

"Biz bu sammitin nəticələrini diqqətlə izləyəcəyik, amma bu böhranı yaradan qasırğa məhz Vaşinqtondan başlayıb. Belə qasırğalar kapitalizm adlanır, kapitalizm - xalqların məhvinə aparan yoldur", - Çaves söyləyib.

Venesuela prezidenti dünya xalqlarını inkişafın sosialist yolu ilə getməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti