...

Ukrayna ekspertləri yeni koalisiyanın yaradılmasını Yuliya Timoşenkonun siyasi qələbəsi hesab edirlər

Dünya xəbərləri Materials 10 Dekabr 2008 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbirlər E.Tariverdiyeva, Z.Novosvitski/ Müşahidəçilər prezidentyönlü "Bizim Ukrayna - Xalq Özünümüdafiə" fraksiyası, Yuliya Timoşenko Bloku (YTB) və Litvin Blokunun yeni koalisiyasının yaradılmasını Baş nazir Yuliya Timoşenkonun prezident Viktor Yuşşenko üzərində siyasi qələbəsi hesab edirlər.

"Parlament prezident katibliyi üzərində qələbə çalıb və dünən parlamentdə, intuitiv olsa da, məhz belə formatlı koalisiyanın yaradılması üzrə əməliyyat aparan Yuliya Timoşenko qələbə qazanıb", - ukraynalı politoloq Kost Bondarenko Trend -a bildirib.

Ukrayna Ali Radasının yeni spikeri Vladimir Litvin parlament çoxluğu koalisiyasının yaradıldığını elan edib. Koalisiyaya Yuliya Timoşenko Bloku və Litvin Bloku, həmçinin, prezidentyönlü "Bizim Ukrayna" daxil olub.

Timoşenko Bloku və "Bizim Ukrayna"nın tərkibinə daxil olduğu əvvəlki "narıncı" koalisiya sentyabrın əvvəlində dağılıb və bundan sonra Yuşşenko parlamentin buraxılması və yeni növbədənkənar seçkiləri elan edib. Sonra prezident, hökumətin və Radanın seçkiləri maliyyələşdirməkdən imtina etməsi və böhran əleyhinə qanunların qəbul edilməsi zərurəti ilə əlaqədar, fərmanı ləğv edib.

2007 - ci ilin sentyabrında növbədənkənar seçkilərdən sonra seçilmiş Ukrayna parlamentində beş fraksiya var: Regionlar Partiyası (175 mandat), YTB (156 deputat), "Bizim  Ukrayna" (72 deputat), Kommunist Partiyası (27 deputat) və Vladimir Litvinin Bloku (20 mandat).

Konstitusiyaya əsasən, çoxluğun yeni koalisiyasının hökumət və icra hakimiyyətinin digər qurumlarını formalaşdırmaq hüququ var. Çoxluq üçün 226 səs lazımdır.

Müşahidəçilər prezidentyönlü partiyanın iştirakı ilə koalisiyanın yaradılmasını prezident Yuşşenkonun gözlənilməz məğlubiyyəti adlandırırlar.

Yuşşenko öz partiyasına koalisiyanın  yaradılması üzrə danışıqlarda iştirak etməyi qəti şəkilə qadağan etsə  də, koalisiya  yaradılıb, - ukraynalı politoloq Viktor Nebojenko hesab edir.

Bir neçə gün əvvəl Yuşşenko özünü "Bizim Ukrayna"nın rəhbəri təyin edib. Onun siyasi iradəsinin əleyhinə olaraq, prezident fraksiyası YTB ilə ittifaqın lehinə səs verib . Bu da  prezidentin siyasi təsirdən məhrum olmasından xəbər verir, - Nebojenko hesab edir.

"O, nominal olaraq "Bizim Ukrayna - Xalq Özünümüdafiə" blokunun Baş katibi qalır, real olaraq onlar ["Bizim  Ukrayna"] artıq başqa oyun oynayırlar", - "Ukrayna barometri" sosioloji xidmətinin rəhbəri Nebojenko Trend ­-a bildirib. "Yuşşenkonun sərəncamlarını yalnız Vahid Mərkəz və bir neçə yaxını, qohum və dostları yerinə yetirir. Indi o, Regionlar Partiyası ilə ittifaqa getməli olacaq".

Parlamentdə bundan sonrakı  vəziyyət Regionlar Partiyasından asılıdır. "Lakin bu, artıq dalandır; "Bizim Ukrayna" fraksiyasını itirmiş Yuşşenko və Regionlar Partiyası arasında parlament ittifaqı mümkün deyil", - Nebojenko deyib.

Bəzi müşahidəçilər yenidən yaradılmış koalisiyanın uğuruna inanmırlar.

"Koalisiya görmürəm,   necə işləyəcəyini  də deyə bilərəm, - Ukraynanın xalq deputatı, Regionlar Partiyası fraksiyasının üzvü Yuri Voropayev Trend -a bildirib. - Mən işin qurulacağına da, elan edilmiş koalisiyanın işinə də inanmıram".

Qorşenin adına İnstitutun direktoru Bondarenko hesab edir ki, indi parlament qarşısında dayanan başlıca məsələlər böhran əleyhinə qanun layihələrinin və 2009-cu ilin büdcəsinin qəbuludur. Məhz bundan sonra koalisiyanın hazırki formatının saxlanılıb-saxlanmayacağı aydın olacaq.

"Hər halda, bu gün yeni spiker və onu dəstəkləyən fraksiyalar üçün, müzakirəyə çıxarılmış istənilən qanun layihəsinə zəruri 230-240 səsi almaq məqsədilə, parlamentdə əksəriyyətin yaradılması daha vacibdır", - Bondarenko Trend -a bildirib.

Politoloq Nebojenko isə hesab edir ki, yeni fraksiyanın yaranması ilə Ukrayna parlamentində vəziyyətin sabitləşməsi üçün bir neçə zəmin yaranıb.

Onun rəyinə görə, buna Yuşşenkonun fraksiyasının olmaması, Litvinin heç vaxt Ali Radanın buraxılmasına getməyəcəyi, həm də iri maliyyə-sənaye qruplarına parlamentin buraxılması deyil,  parlamentdə fəaliyyətin gərəkliliyi səbəb olacaq.

"Bu qruplar bir halda həlledici arqument olacaq ki, Yuşşenkonun  müqavimətinə baxmayaraq, parlament yaşayacaq", - Nebojenko deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti