...

Çində mədəndə partlayış baş verib, 18 nəfər dağıntılar altında qalıb

Dünya xəbərləri Materials 18 Dekabr 2008 07:37 (UTC +04:00)
Çində mədəndə partlayış baş verib, 18 nəfər dağıntılar altında qalıb

Çərşənbə günü Çində kömür mədənində partlayış baş verib, nəticədə 18 nəfər dağıntılar altında qalıb. Bu barədə Çin KİV-inə istinadən Assoşeyted Press agentliyi xəbər verib.

Sinhua agentliyinin məlumatına görə, partlayış Xunan əyalətində baş verib. Hadisə zamanı mədəndə 32 fəhlə olub. Onlardan 14-ü mədəni müstəqil olaraq tərk ediblər.

Xilasetmə xidmətləri dağıntılar altında qalan mədənçilərin axtarışı ilə məşğuldurlar.

Partlayışın səbəbləri haqqında heç bir məlumat verilmir, polis tədqiqata başlayıb.

Xəbər lenti

Xəbər lenti