...

İsrail qoşunları Qəzzanın yaşayış məntəqələrinə daxil olublar

Dünya xəbərləri Materials 13 Yanvar 2009 07:52 (UTC +04:00)
İsrail qoşunları Qəzzanın yaşayış məntəqələrinə daxil olublar

İsrail qoşunları Qəzza şəhərinə daxil olublar və döyüşlər artıq şəhərin cənub hissəsindəki yaşayış kvartallarında gedir. RBK agentliyinin Associated Press-ə istinadən yaydığı xəbərə görə, İsrail hərbçiləri HƏMAS-a qarşı əməliyyatın davam etdiyini təsdiqləsələr də, əlavə məlumat verməkdən boyun qaçırıblar.


Bu vaxtadək İsrail bilavasitə qoşunları yaşayış məntəqələrinə yeritməkdən çəkinirdi.


Son bilgilərə görə, əməliyyat zamanı 900-dən çox fələstinli həlak olub, 4000 mindən artıq adam yaralanıb. Onların əksəriyyəti dinc sakinlərdir. İsrail isə 13 nəfəri itirib, onlardan 10-u hərbçidir.

Xəbər lenti

Xəbər lenti