...

ABŞ hərəkətlərində ədalətli olarsa bizim onlarla düşmənçiliyimiz yoxdur - İranın Məsləhət Şurasının sədri

Dünya xəbərləri Materials 27 Mart 2009 17:36 (UTC +04:00)

İranın Məsləhət Şurasının sədri ABŞ prezidenti Barak Obamanın Novruz bayramı münasibəti ilə İran xalqına və bu ölkənin siyasi liderlərinə müraciətinə münasibət bildirərək deyib ki, əgər ABŞ bizimlə ədalətli hərəkət edərlərsə, bizim onlarla düşmənçiliyimiz yoxdur. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.

"ABŞ-ın yeni prezidenti İranla müzakirələrə meylli olduğunu bildirib. Öz çıxışında İranı terrorist adlandırıb və İranın nüvə proqramından narahatçılığını bildirib. Əgər həqiqətən müzakirə aparmaq istəyirsə bu kimi məsələləri müzakirə zamanı bildirsin, təbliğ etməsin", - deyə İranın Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani Tehran şəhər cümə namazında çıxışı zamanı bildirib.

Rəfsəncani bildirib ki, ABŞ 50 ilə yaxın İran xalqına zülm edib və gərək özündən xoşniyyətlik göstərsin.

"Bizim ABŞ xalqı ilə heç bir problemimiz yoxdur və əgər ABŞ dövləti beynəlxalq qanunlar çərçivəsində və ədalətli hərəkət edərsə, bizim onlarla heç bir düşmənçiliyimiz yoxdur", - deyə Rəfsəncani bildirib.

O əlavə edib ki, biz ABŞ-ın daxili məsələlərinə qarışmırıq, lakin əgər ABŞ dünya xalqlarına qarşı zülm edərsə, biz sakit qalmayacağıq.

İran xalqına cümə günü (martın 20-si) müraciətində ABŞ Prezidenti Obama iranlıları Novruz bayramı münasibəti ilə təbrik edib. Obama bu bayramın ilin başlanğıcı kimi qeyd edərək bildirmişdi ki, onun ölkəsi İrana "diplomatik yanaşma"nın tərəfdarıdır. O, İranla və beynəlxalq cəmiyyətlə konstruktiv münasibətlərin qurulmasına söz verib. Lakin çıxışında o bir daha İranı terrorizmi dəstəkləməsində günahlandırıb və bildirib ki, Tehran seçim etməlidir.

Xəbər lenti

Xəbər lenti