...

ABŞ-ın hərbi gəmiləri Yaponiyadakı bazalardan Koreya yarımadasına doğru istiqamət alıblar

Dünya xəbərləri Materials 28 Mart 2009 06:43 (UTC +04:00)
ABŞ-ın hərbi gəmiləri Yaponiyadakı bazalardan Koreya yarımadasına doğru istiqamət alıblar

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Yaponiyadakı bazalardan çıxaraq Koreya yarımadasına doğru istiqamət alıblar. Buna səbəb Şimali Koreyanın kosmik peyki ilə raketi buraxmaq planıdır. Məlumatı qərargah rəisləri birləşmiş komitəsinin rəhbəri Maykl Mullen verib. Mullenin bəyanatını RİA Novosti agentliyinə ABŞ silahlı qüvvələrinin mətbuat xidməti verib.
Pxenyan bəyan edib ki, raketin buraxılmasının məqsədi aprelin 4-dən 8-dək orbitaya eksperimental peyki çıxarmaqdır. Yaponiya, ABŞ və Cənubi Koreya düşünürlər ki, Şimali Koreya əslində nüvə başlıqlı qitələrarası ballistik raketi sınaqdan keçirmək istəyir.
"Nəzəri cəhətdən Şimali Koreya uzunmüddətli perspektivdə ABŞ-a çata biləcək raketi hazırlaya bilər. Pxenyanın kosmik peyki buraxdığını bəyan etməsinə rəğmən hesab edirik ki, onun bu addımı BMT-nin 1718 nömrəli qətnaməsini poza bilər", - deyən Mullen Şimali Koreyanın raket buraxmağa hazırlaşmasını böyük narahatçılıq doğuran hadisə kimi dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti