...

Suriya-Livan münasibətlərinin bərpası ümumərəb birliyinə doğru ilk addımdır – Livan Prezidenti

Dünya xəbərləri Materials 30 Mart 2009 20:45 (UTC +04:00)

Al Jazeera telekanalının verdiyi məlumata əsasən, Livan Prezidenti Mişel Sleyman Ərəb Ölkələri sammitində deyib ki, Livanla Suriya arasında münasibətlərin inkişafı hər iki ölkə üçün vacibdir.

21-ci Ərəb Ölkələri sammiti öz işinə Qətər paytaxtı Dohada başlayıb. Sammitin əsas mövzuları Sudanda olan vəziyyət, Fələstin torpaqlarındakı vəziyyət, ərəb sülh təşəbbüsünün gələcəyi, ərəblərarası münasibətlər və dünya maliyə böhranı ilə bağlıdır.

Sleymanın sözlərinə görə, Livan və Suriya müstəqil olandan bəri ilk dəfədir ki, iki ölkə arasında münasibətlər problemsiz inkişaf edir.

"Livanla Suriyanın münasibətlərinin bərpası ümumərəb münasibətlərinin inkişafı üçün vacibdir", - Sleyman qeyd edib.  

Martın ortalarında Suriyada Livan səfirliyi açılıb. 2008-ci ilin sonlarında eyni addımı Suriya atmışdı. İki ölkə arasında münasibətlər Livanın keçmiş Baş naziri Rafiq Həriri öldürüldükdən sonra korlanıb. Şübhələr Suriyanın yüksək çinli məmurlarının üzərinə düşdüyündən Dəməşq 2006-cı ildə 20 il ərzində Livanda dislokasiya olunan hərbi hissələrini ölkədən çıxarmalı olur.

"İsrail fələstinlilərə qarşı dağıdıcı siyasətini davam etdirsə ərəb ölkələri fələstinliləri qorumaqdan ötrü tədbirlər görərək problemi öz gücləri ilə həll etməlidirlər", - Sleyman vurğulayıb.

Ərəblərarası ixtilaflara son qoyulması prosesi bu ilin yanvarında Küveytdə keçirilən mini-sammitdə başlandı. İki ay sonra isə Səudiyyə Ərəbistanı, Suriya və Misir liderlərinin ər-Riyadda keçirdikləri görüş çərçivəsində bu istiqamətdə səylər davam etdirildi.

RİA Novosti-nin yazdığına görə, görüşün nəticəsi olaraq ərəblərarası münasibətlərdə "yeni mərhələnin başlanğıcı" qoyuldu.

Qətərdəki Ərəb Dövlətləri Liqasının (ƏDL) sammitinə Misir, İraq, Mərakeş və Oman dövlət başçıları qoşulmayıblar.

ƏDL sammiti çərşənbə axşamı sona çatdıqdan sonra Dohada ərəb ölkələri və Cənubi Amerika ölkələri sammiti start götürəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti