...

ABŞ Əfqanıstanda azad və ədalətli seçkilərin keçirilməsi qərarını dəstəkləyir

Dünya xəbərləri Materials 31 Mart 2009 15:17 (UTC +04:00)

ABŞ Əfqanıstan Ali Məhkəməsinin Həmid Kərzayinin prezidentlik müddətinin mayın 22-nə, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi mümkün olan tarixə qədər uzadılması ilə bağlı verdiyi qərarı dəstəkləyir.

"Biz inanırıq ki, seçkilərdən əvvəlki gərgin dövrdə idarəetmənin davam etdirilməsi həyati vacibdir və ölkədə sabitliyin qurulmasına xidmət edir", - ABŞ-ın Dövlət Departamentinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

"Biz bütün əfqanları Əfqanıstan hökumətinin statusunu şübhə altına almağa deyil, Ali Məhkəmənin qərarını dəstəkləməyə və diqqətlərini avqustun 22-də keçiriləcək prezident seçkilərinə yönəltməyə çağırırıq. ABŞ Əfqanıstan hökumətini dünya ictimaiyyətindəki tərəfdaşlarına qoşulmağa, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün bütün cəhdləri göstərməyə çağırır", - məlumatda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti