...

İranda Hərbi Hava Qüvvələrinin paradı keçiriləcək

Dünya xəbərləri Materials 11 Aprel 2009 13:59 (UTC +04:00)

İran Hərbi Hava Qüvvələrinin 140 qırıcı təyyarəsinin iştirakı ilə Silahlı Qüvvələr günü münasibəti ilə parad keçirəcək. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.

Hərbi Hava Qüvvələrinin paradı İranın tarixində ən böyük hava paradı olacaq. Həmin paradda İranın F14-F7-F5-F4 qırıcı, Saiqə, MİQ29, Suxoy, C130, P3F və Boinq 707 və 747 tipli təyyarələri iştirak edəcək.

"Paradda İranın bütün regionlarından olan təyyarəçilər iştirak edəcək", - deyə İranın Hərbi Hava Qüvvələr komandanının müavini general Seyid Məhəmməd Ələvi bildirib.

Parad aprel ayının 18-də İranda Silahlı Qüvvələr günündə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti