...

Vaşinqton İranla dialoqun genişləndirilməsinə can atır - ABŞ dövlət katibi

Dünya xəbərləri Materials 16 Aprel 2009 08:51 (UTC +04:00)
Vaşinqton İranla dialoqun genişləndirilməsinə can atır - ABŞ dövlət katibi

ABŞ İranla dialoqun genişləndirilməsinə can atır. Lakin Tehran hələlik böyük dövlətlərin müvafiq təkliflərinə cavab verməyib. Belə bir bəyanatla çərşənbə günü keçirilən brifinqdə ABŞ dövlət katibi Hillari Klinton çıxış edib.

"ABŞ İranla dialoqu alqışlayır və onunla əməkdaşlığa can atır" deyən Klinton qeyd edib ki, İran hələlik yetərincə reaksiya vermir.

Bununla belə ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton yenə də İranı uranın zənginləşdirilməsi işlərindən vaz keçməyə çağırır.

RİA Novosti agentliyinin məlumatına görə, Obama administrasiyası İrana qarşı siyasətin yumşaldılması ilə bağlı tez-tez tənqidə məruz qalır. Obamadan fərqli olaraq Corc Buş administrasiyası İranın təcrid edilməsi siyasətini daha effektiv hesab edirdi.

Xəbər lenti

Xəbər lenti