...

İran Barak Obama Administrasiyasının Tehranın nüvə dosyesi barədə danışıqlar üzrə təşəbbüsünə "qarşılıqlı" cavab verməlidir – MAQATE rəhbəri

Dünya xəbərləri Materials 20 Aprel 2009 11:09 (UTC +04:00)
İran Barak Obama Administrasiyasının Tehranın nüvə dosyesi barədə danışıqlar üzrə təşəbbüsünə "qarşılıqlı" cavab verməlidir – MAQATE rəhbəri

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Məhəmməd əl-Baradeyi hesab edir ki, İran Barak Obama Administrasiyasının Tehranın nüvə dosyesi ilə bağlı gələcək danışıqlar təşəbbüsünə "qarşılıqlı" cavab verməlidir. İTAR-TASS-ın verdiyi məlumata görə, bu fikri o, bu gün Çinin paytaxtında bildirib.

"Mən iranlı dostlarıma bildirdim ki, onlar irəliyə doğru addım atmalıdırlar", - deyə MAQATE rəhbəri bildirib. "Mən bu yeni yanaşmanı hər vəchlə dəstəkləyirəm və ümid edirəm ki, bu mexanizm işləyəcək", - deyə PRAYM-TASS -ın verdiyi məlumata görə, əl-Baradeyi qeyd edib.

Xəbər lenti

Xəbər lenti