Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər öncəsi keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin Türkiyənin milli problemi olduğunu bildirib. Bu barədə Türkiyənin TRT2 telekanalı məlumat verib.
"Daqlıq Qarabağ münaqişəsi Türkiyənin milli problemisir", - Ərdoğan bildirib.
Baş nazir onu da qeyd edib ki, Türkiyənin dostları ilə arasını pozmağa çalışan qüvvələr var.
"Qafqaz la bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə fikirlərimiz eynidir. Biz eyni mövqedən çıxış edirik", - o deyib.
Baş nazir onu da qeyd edib ki, Türkiyə heç vaxt Azərbaycanı tək buraxmayıb və bundan sonra da tək buraxmayacaq.
Ərdoğan bildirib ki, Türkiyə regionun bir dövləti olaraq Dağlıq Qarabağ probleminin həllinə biganə qala bilməz.
"Türkiyənin Dağlıq Qarabaq məsələsinə biganə qalması mümkün deyil", - o qeyd edib.