...

Üç neft-qaz müqaviləsi təsdiq üçün Azərbaycan parlamentinə təqdim olunub

Dünya xəbərləri Materials 20 May 2009 12:00
Üç neft-qaz müqaviləsi təsdiq üçün Azərbaycan parlamentinə təqdim olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 may / Trend /

Təbii Sərvətlər, Energetika və Ekologiya üzrə Komitə Azərbaycanın neft-qaz ehtiyatlarının işlənməsi üzrə PSA tipli üç müqaviləni təsdiq üçün Azərbaycan parlamentinə təqdim edib.

Onların arasında cari ilin fevral ayının 27-də SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) ilə Fransanın Total şirkəti arasında imzalanan perspektivli "Abşeron" dəniz bloku  üzrə müqavilə də var. Üç il ərzində burada dəyəri 100 mln. dollar olan bir kəşfiyyat quyusu qazılacaq. Gələcəkdə daha üç il ərzində iki kəşfiyyat quyusu qazıla bilər.

Müqaviləyə görə, SOCAR bu layihədə 40, Total isə 60 faiz iştirak payı əldə edib. Kəşfiyyat dövründə SOCAR-ın payının maliyyələşdirilməsi Total şirkəti tərəfindən həyata keçiriləcək. Gələcəkdə Total-ın bu layihədəki payının bir hissəsi digər fransız şirkəti Gaz de France SUEZ-ə satıla bilər.

Azərbaycanın quru ərazilərində neft hasil edən iki birgə müəssisəsi - Shirvan Oil və Anshad Petrol ilə imzalanan müqavilələr də təsdiq edilməsi üçün ölkə partamentinə təqdim edilib.

Shirvan Oil və Anshad Petrol-un xarici iştirakçıları ötən il BM-nın PSA tipli müqaviləyə keçirilməsinə dair təklif ilə SOCAR-a müraciət edib.

Shirvan Oil BM 1997-ci il 1 sentyabr tarixindən fəaliyyətə başlayıb. "Gürovdağ" yatağını istismar edən BM-nın iştirakçıları: SOCAR - 49 faiz və Britaniya Caspian Energy Group - u - 51 faiz.

"Gürovdağ" yatağı 1955-ci ildə Kürətrafı çökəklikdə açılıb. Yatağın işlənməsinə 1956-cı ildə başlanıb və 600-3500 metr dərinlik diapazonunda 13 səmərəli qatı əhatə edir.

Anshad Petrol "Neftçala", "Xilə" və "Babazanan" müqavilə sahələrində neft hasil edir.

Anshad Petrol BM 1993-cü ildə SOCAR və Türkiyənin Atilla Dogan Petrol şirkəti tərəfindən keçmiş "Neftçalaneft" NQÇİ əsasında yaradılıb. 1995-ci ildə Malayziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrol-un 17,15 faizlik payını alaraq layihənin iştirakçısı olub.

Hazırda BM-da iştirak payı bu şəkildədir: SOCAR - 51 faiz, Rusneft Neftchala Investment Limited - 31,85 faiz və Malaziyanın Land and General Berhad şirkəti - 17,15 faiz.

Xəbər lenti

Xəbər lenti