...

Problemli məsələlərdə diplomatiyaya üstünlük verilməlidir-Türkiyə prezidenti

Dünya xəbərləri Materials 27 May 2009 23:44 (UTC +04:00)
Problemli məsələlərdə diplomatiyaya üstünlük verilməlidir-Türkiyə
prezidenti

Bakı, 27 may, Trend

Qırğıstanda rəsmi səfərdə olan Türkiyə prezidenti qırğız həmkarı Kurmanbek Bakiyevlə keçirdiyi mətbuat konfransında bir çox problemli məsələlərdə diplomatiyaya üstünlüyün verilməsinin labüdlüyünü bildirib. Bu haqda Türkiyənin TRT telekanalı məlumat verib. Türkiyə prezidenti Minsk Qrupunun Daqğlıq Qarabaq probleminin həllində daha da aktivləşdiyini və Rusiyanın da bu məslədə cəhd etdiyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Türkiyə və Ermənistan hələ 1993-cü ildən korlanan münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin korlanmasına səbəb Ermənistanın beynəlxalq arenada "erməni soyqrımı" tanınması ilə bağlı apardığı antitürk kampaniyası, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin onun tərəfindən işğal olunmasıdır. Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın, ötən il sentyabrın 6-da dünya futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Türkiyə oyununu seyr etmək üçün Yerevana dəvətini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ditplomatik səylər davam etdirilir.

Türkiyə ictimaiyyətinin müxtəlif dairələrinin nümayəndələri Ermənistan ilə sərhədlərin açılacağını güman edirlər ki, bu, Azərbaycan ictimaiyyətini çox narahat edir. Lakin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 12-13 may tarixlərində Bakıya səfəri zamanı Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca Ermənistan ilə əməkdaşlıq imkanlarını istisna edib. Abdullah Gül 2009-cu ilə problemlırin həlli istiqamətində hamının ümidlə yanaşdığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti