...

İran Prezidenti ABŞ Prezidenti Obamanı Buşun atdığı səhv addımları təkrarlamamağa çağırıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 25 İyun 2009 13:46 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad ABŞ Prezidenti Barak Obamanı sabiq Prezident Corc Buşun atdığı səhv addımları təkrarlamamağa çağırıb. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Əgər Böyük Britaniya və bir neçə Qərb ölkəsi ötən günlərdə son hadisələrlə bağlı hansısa addımlar atıblarsa, bu, gözlənilən idi. Onların liderlərinin heç öz xalqları arasında belə hörmətləri yoxdur. Onlar siyasi cəhətdən geridə qalıblar, lakin ABŞ Prezidenti nə üçün Corc Buşun sözlərini təkrarlayır?", - deyə Əhmədinejad cümə axşamı İranın Usluviyyə şəhərində "Mehr" neft-kimya zavodu kompleksinin açılış mərasimində çıxışı zamanı bildirib.

Əhmədinejad Obamanı Buşun atdığı səhv addımları atmamağa çağırmaqla yanaşı, öz siyasətində dəyişiklik etməyə də səsləyib.

Xəbər lenti

Xəbər lenti