...

Sionist irqçiliyin tam simvoludur - İran prezidenti

Dünya xəbərləri Materials 18 Sentyabr 2009 13:53 (UTC +04:00)
“Sionist irqçiliyin tam simvoludur. Onlar elə bir şəxslərdirlər ki özlərindən başqa heç bir kimsəyə hörmət etmirlər, bu şəxs ABŞ prezidenti olmuş olsa belə”, -deyə İran prezidenti Mahmud Əhmədinejad cümə günü İranda Qüds günü münasibətilə Tehran şəhərində keçirilən mitinq iştirakçılarının qarşısında çıxışı zamanı bildirib.
Sionist irqçiliyin tam simvoludur - İran prezidenti

"Sionist irqçiliyin tam simvoludur. Onlar elə bir şəxslərdirlər ki özlərindən başqa heç bir kimsəyə hörmət etmirlər, bu şəxs ABŞ prezidenti olmuş olsa belə", -deyə İran prezidenti Mahmud Əhmədinejad cümə günü İranda Qüds günü münasibətilə Tehran şəhərində keçirilən mitinq iştirakçılarının qarşısında çıxışı zamanı bildirib.

Onun Iranın IRINN telekanalından canlı yayılan sözlərinə görə, "sionist rejiminin sonu çatıb. Xalqlar onların bütün planlarını bilir və  onlara inanmı".

İran prezidenti hesab edir ki , "Onların sonun çatmasına sübut budur ki,Qəzzədə və Livanda 50 min dollarlıq bir binanı dağıtmaq üçün 1 milyon dollarlıq bomba atırlar. Bir milyon ziyan edən heç vaxt qələbə qazana bilməz".

"Vaxt var idi sionistlər ərazilərini genişləndirirdi hazırda isə ayaq üstə qalmaq üçün öz ətraflarına hasar hörürlər. Bu onların sonun çatmasının nişanəsidir",-deyə Əhmədinejad əlavə edib.

1979-cu il İran İslam İnqilabından sonra Fələstin xalqı ilə həmrəyliyi nümayiş etdirmək məqsədilə hər il Ramazan ayının sonuncu cümə günü Qüds Günü elan edilib. O dövrdən etibarən hər ilin bu günü müsəlmanlar İsrailə etiraz əlaməti olaraq aksiyalar keçirirlər.

Xəbər lenti

Xəbər lenti