...

Həmid Kərzai Əfqanıstan Prezidenti elan edilib

Dünya xəbərləri Materials 2 Noyabr 2009 17:53 (UTC +04:00)
Kərzainin vahid namizəd olaraq qalması ilə əlaqədar Əfqanıstanda noyabrın 7-nə planlaşdırılan prezident seçkilərinin ikinci turu ləğv edilib. Bu barədə Əfqanıstanın Müstəqil Seçki Komissiyasının rəhbəri Davud Əli Nəcəfi telefonla Trend News-a deyib.
Həmid Kərzai Əfqanıstan Prezidenti elan edilib

Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir T.Cəfərov/

Kərzainin vahid namizəd olaraq qalması ilə əlaqədar Əfqanıstanda noyabrın 7-nə planlaşdırılan prezident seçkilərinin ikinci turu ləğv edilib. Bu barədə Əfqanıstanın Müstəqil Seçki Komissiyasının rəhbəri Davud Əli Nəcəfi telefonla Trend -a deyib.

Nəcəfi həmçinin qeyd edib ki, bu gün yerli vaxtla saat 16:00-da Həmid Kərzai Əfqanıstan Prezidenti elan ediləcək.

Dövlət başçısı postuna namizədlərdən biri, sabiq xarici işlər naziri Abdullah Abdullah bazar günü ikinci turda iştirakdan imtina etdiyini bildirib. Buna cavab olaraq, Kərzainin mətbuat xidməti fəaliyyətdə olan dövlət başçısının ikinci turda iştirak etmək niyyətində olduğunu təsdiq edərək "prezidentin Abdullahın iştirak etməməyindən məyus olduğunu" qeyd edib.

Seçki bülletenlərinin kütləvi saxtalaşdırılması və təhrif edilməsi ilə müşahidə edilən prezident seçkilərinin birinci turunun ilkin yekunlarına görə, Kərzai səslərin 55 faizini, onun əsas rəqibi Abdullah isə 28 faizini toplayıb.

MSK şikayətlərlə bağlı olaraq düzəlişlər aparıb. Son məlumatlara uyğun olaraq, Kərzai 49,67 faiz səs toplayıb. Əfqanıstan qanunvericiliyinə görə isə, birinci turda qələbə qazanmaq üçün 50 faiz +1 səs toplamaq lazımdır.

Xəbər lenti

Xəbər lenti