...

İranda üç əcnəbi jurnalist həbs olunub

Dünya xəbərləri Materials 6 Noyabr 2009 14:51 (UTC +04:00)
İranda noyabrın 4-də Beynəlxalq imperializmlə milli mübarizə günü keçirilən mitinqlər zamanı üç əcnəbi və bir iranlı jurnalist həbs edilib.
İranda üç əcnəbi jurnalist həbs olunub

İranda noyabrın 4-də Beynəlxalq imperializmlə milli mübarizə günü keçirilən mitinqlər zamanı üç əcnəbi və bir iranlı jurnalist həbs edilib. Bu barədə İranın FARS xəbər agenltiyi cümə günü məlumat yayıb.

Məlumata əsasən, onlar İran ərazisində jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün lazımi rəsmi sənədləri olmadığından həbs olunublar. Həbs olunan əcnəbi jurnalistlərin ikisi Kanada, biri isə Yaponiyadandır. Jurnalistlərin hansı agentlik və ya televiziya üçün çalışdıqları haqda məlumat verilməyib. Hazırda həbs olunmuş jurnalistlər barədə istintaq işləri davam edir.

Hər il noyabrın 4-ü İranda Beynəlxalq imperializmlə milli mübarizə günü kimi qeyd olunur. 1980-ci ildə iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək səfirliyin işçilərini girov götürkdən sonra İranın Ali lideri İmam Xomeyni bu günü imperializmlə milli mübarizə günü kimi elan edib.

İran İnqilabından sonra iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerkalını girov götürmüş və onları 444 gün girovda saxlamışdılar.

Xəbər lenti

Xəbər lenti