...

İran Prezidentinin birinci müavini sabah Əfqanıstana səfər edəcək

Dünya xəbərləri Materials 18 Noyabr 2009 13:19 (UTC +04:00)
İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi sabah Əfqanıstana səfər edəcək.
İran Prezidentinin birinci müavini sabah Əfqanıstana səfər edəcək

İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi sabah Əfqanıstana səfər edəcək. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Rəhimi Əfqanıstan Prezidenti Hamid Kərzainin andiçmə mərasimində iştirak edəcək.

Əfqanıstanda prezident seçkiləri avqustun 20-də keçirilib. Seçkilərdə qanunsuzluqlar aşkarlandığı üçün seçkilərin ikinci turu noyabrın 7-nə təyin olunmuşdu. Noyabrın 2-də Kərzainin yeganə rəqibi olan keçmiş xarici işlər naziri Abdullah Abdullah seçkinin ikinci turunda iştirak etməkdən imtina edib. O, bunu seçkilərin düzgün və şəffaf keçirilməməsi ilə əsaslandıraraq, hökumət üzvlərini də istefaya çağırıb. Abdullahın seçkilərdən imtina etməsindən sonra Əfqanıstan Mərkəzi Seçki Komissiyası Hamid Kərzaini yenidən prezident elan edib.

Kərzainin andiçmə mərasimi noyabrın 19-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti